Düz 30 il bundən əvvəl Azərbaycanın müasir media tarixində böyük rol oynuyacaq, cəmiyyətə azad-müstəqil düşüncə tərzinin gətirilməsinə xidmət edəcək “Olaylar” qəzeti və “Olaylar” İnformasiya Agentliyi yaradılmışdır. Əslində 30 yaş zaman baxımından ömrün ən gözəl çağı sayılır. Amma xəbər agentliyi üçün 30 yaş həm də böyük məsuliyyət, inam və etimadın vəhdətidir.
Müstəqil Azərbaycanın media sektorunun ilklərindən olan “Olaylar” İnformasiya Agentliyinin 30 yaşı tamam olur. 1995-ci ilin bu günündə ərsəyə gələn agentlik artıq uzun müddətdir Azərbaycan ictimaiyyətini informasiya ilə təmin edir. Əslində 30 ilin xəbər brendi Olaylar İnformasiya Agentliyi desək, yanılmış olmarıq. “Olaylar” İnformasiya Agentliyi Azərbaycanı, regionda baş verən prosesləri dünya media bazarında tanıtmaq üçün fəaliyyətini bu gün də böyük əzmlə davam etdirir. Bir sözlə, operativ informasiyaları, analitik yazıları ilə mətbuatda özünəməxsus yeri və rolu olan, öncüllər sırasındakı mövqeyini bu gün də qoruyub saxlayan “Olaylar” kollektivi gələcəyə böyük inamla addımlayır.
Olayların kollektivini səmimi qəlbdən təbrik edirəm. uğurlarının daimi olmasını diləyirəm.
Əli İBRAHİMOV