ELAZ.İNFO xəbər verir ki, ABŞ mərkəzli X sosial media platformasında “Türkiyə ilə Çin arasında imzalanan razılaşma çərçivəsində 3 milyon Uyğur türkünün Türkiyəyə gətiriləcəyi” iddiası irəli sürülüb.
Rabitə Müdirliyinin bir bölməsi olan Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM) rəsmi X hesabında yayımlanan yazılı açıqlamada iddianı təkzib edib. Açıqlamada, “Türkiyə ilə Çin arasında iddia edildiyi kimi heç bir razılaşma və ya danışıqlar aparılmayıb. İctimaiyyətin bu cür həssas beynəlxalq mövzularda yalnız rəsmi qurumların açıqlamalarına istinad etməsi, həqiqətə uyğun olmayan və spekulyativ iddialara inanmaması böyük əhəmiyyət kəsb edir” ifadəsini işlədilib.
İlahə BAYINDIR