24 Aprelin ermənilər tərəfindən “Soyqırımı” kimi qondarılmasının, heç bir əsası yoxdur

ELAZ.İNFO. Erməni ideoloqları və onların havadarları artıq bir əsrdir ki, dünyanı inandırmaq istəyirlər ki, 1915-ci ildə Osmanlı ərazisində erməni xalqına qarşı dövlət səviyyəsində soyqırımı törədilmişdir. Tarixdə heç zaman olmayan uydurma “soyqırımı”nı dünyanın gündəliyinə gətirməklə, bu gün ondan siyasi məqsədlər üçün istifadə edirlər. Ən əsas məsələ odur ki, indi ayrı-ayrı ölkələrin parlament-lərində tarix kitabının bir səhifəsini oxumayan, “tarixçi” rolunda çıxış edənlər əl qaldırıb – endirməklə tarixdə heç bir zaman olmayan uydurma “soyqırımı”nın guya olduğu barədə sənədlər qəbul edirlər.

Ermənilər məkrli iddialarını tanıtdırmaq üçün hələ Sovetlər Birliyi dövrün-dən fəal iş aparmış, qondarma “soyqırım qurbanları”na abidələr ucaltmışlar. SSRİ rəhbərliyinin bu məsələdə maraqlı olması erməni şovinistlərini daha da şirnik-ləndirmiş, “soyqırım” təbliğatının sistemli şəkildə aparılmasına imkan yaratmışdır. SSRİ dağılana qədər bu təbliğat bilavasitə Türkiyə dövlətinə qarşı yönəlsə də, əslində bu məsələdə bütün türk-müsəlman dünyası günahlandırılırdı. Qondarma “erməni soyqırımı” məsələsinin harada və necə müzakirə edilməsindən asılı olma-yaraq, ümumilikdə bu həm Türkiyə, həm də Azərbaycana qarşı yönəldilmiş bir siyasətə çevrilmişdir. Əslində, 1980-ci illərin ortalarından Azərbaycana qarşı başlanmış növbəti ərazi iddiaları da məhz bu məkrli siyasətin davamı olmuşdur.

Məsələnin təfərrüatına varmaq üçün yaxşı olar ki, “Erməni dövləti” anlayı-şının mahiyyətinə tarixi aydınlıq gətirək. Belə ki, araşdırmalar göstərir ki, Erməni “tarixçiləri” və onların havadarları ermənilərin tarixi və erməni dövləti anlayışı haqqında öz uydurma təlimlərini yaratmışlar. Bu təlim əsasən iki istiqamətə ayrılır. Birinci istiqamət- e.ə. VI əsr Urartu mixi yazılarına sahib çıxmaq, ikinci istiqamət isə- əsası M. Xorenli tərəfindən qoyulmuş “Nuhun tufanı” əfsanəsindən (təqribən eramızdan 2500 il əvvəl) başlanır. Hər iki istiqamət “qədim erməni mənbələri”nə əsaslanaraq birləşir və vahid “Ermənistan tarixi”ni yaradır.

Erməni tarixşünaslığında və ermənipərəst tarixçilərin əsərlərində guya tarixdə nə vaxtsa “Böyük Ermənistan” adlı dövlətin mövcud olması iddia edilir və bu uydurma dövlətin ərazisi Azərbaycan, Türkiyə və Gürcüstan torpaqları hesabına kağız üzərində şişirdilərək göstərilir. İlk mənbələr sübut edir ki, bu iddianın heç bir elmi əsası yoxdur. Tarixi saxtalaşdıran ermənilərin və ermənipərəst müəl-liflərin cızmaqaralarında nə “Böyük Ermənistan” adının çəkildiyi vaxt, nə bu adda dövlətin varlığı, mövcud olduğu tarixi illər, nə də həmin “dövlətin” iddia olunan sərhədləri barədə ciddi mənbələrə söykənən dəlillər göstərilmir.

Akademik Y.Mahmudovun yeni tədqiqatlarından olan, müxtəlif dillərə tərcümə edilmiş “Real tarix. “Böyük” Ermənistan uydurması” əsərində, ermə-nilərin mənşəyi ilə bağlı ilk və ən mötəbər məlumat verən “tarixin atası”- e.ə. V əsrdə yaşamış yunan tarixçisi Herodota (e.ə. 480-424), onlarla qədim Roma, Bizans, yunan, erməni, suriya, rus, ingilis və digər dillərdəki ilk mənbələrə, elmi ədəbiyyatlara istinad edilərək ermənilərin Kiçik Asiya qitəsinin yerli əhalisi olmadığı, bu etnosun ulu babaları güman olunan friqlərin Kiçik Asiyaya Avropadan (Balkan yarımadasından) köçüb gəldiyi kifayət qədər işıqlandırılmışdır. Kitabda Balkan yarımadasından Kiçik Asiyaya köçüb gəlmiş qədim frigiyalılar və ya onlarla eyni kökdən olan etnosun necə “erməni” adlanması; I Daranın (e.ə. 522-486) Bisütun qayası üzərindəki kitabəsində adı çəkilən “Armeniya”nın Əhəməni imperiyasının tərkibinə daxil olan, Dəclə çayının mənbəyindən cənubda yerləşən Arme vilayətinin adı ilə bağlı olması; “Armeniya” coğrafi terminini özünə “vətən” axtaran köçəri etnosla– indiki etnik ermənilərlə heç bir bağlılığının olmaması faktiki materiallar əsasında sübuta yetirilmişdir. Əsərdə müəllif belə bir nəticəyə gəlir ki, “erməni” adı indiki ermənilərin əsl tarixi adı deyil, Asiya qitəsinə köçüb gəldikdən sonra mənimsədikləri, daha doğrusu “özəlləşdirdikləri” addır. Beləliklə müəllif qədim “Armina”, “Armeniya” və “erməni” (“armyane”) adlarının müasir ermənilərlə heç bir əlaqəsinin olmamasını sübuta yetirilir.

XIX əsrin birinci qərinəsində Rusiya imperiyasının tapşırığı ilə yenicə yaradılmış Erməni vilayətinin kameral təsvirini həyata keçirən İvan Şopen hər zaman ermənilərin öz adlarıyla təqdim olunmasına şübhə ilə yanaşmışdır. O, əsə-rində ermənilərin uydurduğu qədim tarixdən bəhs edərkən “ermənilər Armeniyanın yerli əhalisi deyil, buraya Assuriyadan gəlmişlər” fikrini yazmışdı.

Erməni saxtakarları uydurduqları üç dəniz – Aralıq, Qara və Xəzər dənizləri arasında yerləşən “Böyük Ermənistan”ı dünyaya təkcə coğrafi anlayış deyil, həm də, bir siyasi anlayış kimi– “dövlət” kimi təqdim edirlər. Guya “Velikaya Arme-niya” siyasi anlayış kimi Selevki sərkərdəsi I Artaşes və II Tiqranın çarlıq dövrləri olan e.ə. II-I əsrlər üçün səciyyəvi olmuşdur. Guya həmin dövrdə Böyük Ermənis-tan özünün ən yüksək çiçəklənmə və qüdrətlənmə dövrünə çatmışdı.

Əslində isə e.ə. 223-cü ildən e.ə. 187-ci ilədək “Armeniya” adlanan ərazi Selevkilər dövlətinin tərkibində olmuş və Selevki hökmdarı Böyük Antiox tərəfin-dən idarə olunmuşdur. E.ə. 187-ci ildə Böyük Antioxun ölümündən sonra isə həmin ərazi yenə Selevki sərkərdələri Artaksi (Artaşes) tərəfindən idarə olunurdu. Mənbələrin məlumatına görə Artaksi mənşəcə Midiya-Atropatenalı idi.

E.ə. 60-cı illərin sonunda Roma imperiyasının hakimiyyəti altına düşən bütün etnoslar kimi ermənilər də Romanın vassalına çevrilir. Eramızın I əsrində Roma imperiyasının şərq vilayətlərində xristianlıq yayılmağa başlamışdı. Ermənilər də rəsmən IV əsrdə xristianlığı qəbul etmiş, kilsə Qriqorinin adı ilə erməni-qriqoryan kilsəsi adlandırılmışdı. Armeniya bölgəsi əvvəlcə Roma impe-riyası ilə Sasanilər, daha sonra isə Şərqi Roma imperiyası (Bizans) ilə Sasanilər arasında mübarizə obyekti olmuşdur. 387-ci ildə Armeniya adlandırılan ərazi Roma imperiyası və Sasani imperiyası arasında bölüşdürülmüşdü. Həmin vaxtdan da ermənilərin kompakt olmamışlar.

Özlərini erməni adlandıran bu etnosun tarixinə nəzər saldıqda onların çox zaman böyük dövlətlərin hakimiyyəti altında olduğunu, ciddi bir dövlət birləşməsi yarada bilmədiyini izləmək mümkündür. Bu fikrin təsdiqini erməni tarixçilərinin mötəbər mənbə hesab etdiyi, erkən orta əsr müəllifi Musa Xorenlinin “Ermənilərin tarixi” əsərində müşahidə etmək mümkündür. Erməniləri digər xalqlarla müqayisə edən M.Xorenli yazır: “Baxmayaraq ki, biz kiçik, olduqca azsaylı, zəif və çox zaman özgələrin hakimiyyəti altında yaşayan xalqıq, amma ölkəmiz üçün çoxlu qəhrəmanlıqlar etmişik”. Göründüyü kimi, M.Xorenli ermənilərin onun yaşadığı dövrə qədərki tarixini “çox zaman özgələrin hakimiyyəti altında” olduğunu yaz-maqla əslində ermənilərin müstəqil dövlətinin olmadığını etiraf edir.

629-cu ildə Bizans imperiyası Sasani dövlətinə qarşı apardığı müharibələrdə Armeniya adlanan vilayəti bütünlüklə ələ keçirdi. Lakin bu işğal uzun sürmədi. 639-642-ci illərdə ərəb islam ordusunun Bizans üzərinə yürüşləri nəticəsində erməni əhalisinin yaşadığı ərazilərin xeyli hissəsi ərəblərin əlinə keçdi. Beləliklə, tarixdə “Armeniya” adı “Ərməniyyə” termini ilə əvəz olundu.

Ermənilər Bizans məmurlarının feodal istismarı ilə yanaşı amansız dini zülmlərinə də məruz qaldılar. Beləliklə ermənilərin yunan zülmündən cana doy-ması, bizcə Anadolunun Səlcuq türkləri tərəfindən fəthini yüngülləşdirən amillər-dən biri olmuşdur. 1071-ci il Malazgerd döyüşündə yunanlardan ayrılan erməni hərbi dəstələri səlcuq türklərinin tərəfində vuruşmuşdular. Məhz 1071-ci il Malaz-gird vuruşmasından sonra ermənilər Səlcuq türklərinin sayəsində Bizans zülmün-dən xilas olaraq nəticədə yarımasılı Kilikiya çarlığını (1098-1375) yaratmağa nail olurlar. Lakin monqol yürüşləri zamanı ermənilər indi də monqollarla əlaqə yara-daraq Səlcuqlara arxadan zərbə vurdular. Monqollar Kiçik Asiyanın və Qafqazın digər knyazlıqlarını tabe etmək üçün ermənilərdən istifadə edirlər. Bunu XIII əsr alban müəllifi Gəncəli Kirakosun əsərində müşahidə etmək mümkündür.

Bir müddət sonra Misir məmlük dövləti tərəfindən 1375-ci ildə Kilikiya knyazlığına son qoyuldu. Bu hadisədən sonra dünyanın müxtəlif ərazilərinə səpə-lənən ermənilər türk müsəlman dövlətlərinin himayəsinə sığınırlar. Onlar erməni qriqoryan kilsəsi, Osmanlı dövləti (1299-1923), Azərbaycan Qaraqoyunlu (1410-1468), Ağqoyunlu (1468-1501) dövlətini və Səfəvi imperiyası (1501-1736) tərəfin-dən hərtərəfli himayə olundular.

Beləliklə, ermənilərin gerçək tarixinə qısa bir ekskursiyadan bəlli olur ki, tarixdə mövcud olan “erməni dövləti” Bizansdan, Səlcuqlardan asılı, yarımmüs-təqil kiçik knyazlıqlar şəklində təzahür etmişdi. 1375-ci ildə Kilikiya knyazlığına son qoyulduqdan XX əsrin əvvəlinə – 1918-ci ilə kimi tarixdə erməni dövləti və yaxud çarlığı olmamışdır. Ümumiyyətlə, tarixdə mövcud olan yarımasılı erməni knyazlıqlarının Cənubi Qafqaz bölgəsinə qətiyyən aidiyyatı olmamışdır. Ermənilər Qafqaza, o cümlədən Şimali Azərbaycana gəlmə xalqdırlar.

Ümumiyyətlə ermənilərin Cənubi Qafqazda yerləşməsi müəyyən mərhələlər-dən keçmişdir. Bu prosesdə XVI-XVII əsrlər və XVIII əsrin ilk rübündə baş vermiş Səfəvi-Osmanlı müharibələrinin və Rusiya imperatoru I Pyotrun xüsusi rolu olmuşdu. Məhz buna görə də XVII əsrin sonu və XVIII əsrin I yarısında erməni ideoloqlarının Qərbi Avropa və çar Rusiyasına təqdim etdiyi plan və layihələrdə qurulacaq erməni dövlətinin, əsasən Səfəvi dövlətinə məxsus Azərbaycan ərazilə-rində və Osmanlı dövlətinin Şərqi Anadolu torpaqlarında qurulması nəzərdə tutu-lurdu. Erməni ideoloqlarının təqdim etdiyi plan və layihələrdə qurulacaq erməni dövlətinin nisbətən kiçik əraziləri əhatə etdiyini görmək mümkündür. Cənubi Qaf-qazda qurulacaq erməni dövlətinin “birləşmiş erməni-gürcü dövləti”, “birləşmiş erməni-alban knyazlığı” və “Ararat krallığı” formalarında yaradılması təklif edilir və Şərqi Anadolu ərazisində isə ayrıca olaraq “Qərbi Ermənistan krallığının” yara-dılması nəzərdə tutulurdu. XIX əsrin I qərinəsində Azərbaycan xanlıqlarının işğalı başa çatdıqdan sonra erməni ideoloqlarının layihələrdə erməni dövlətinin məhz İrə-van və Naxçıvan xanlıqlarının ərazisində yaradılması labüd sayılırdı.

Rusiya imperiyasının Qafqaz siyasətinin tərkib hissəsi kimi “Erməni məsə-ləsi” əsas götürülürdü. Həm I Pyotr, həm də II Yekaterina Qafqazın, xüsusilə Cənubi Qafqazın işğalında bu faktora xüsusi üstünlük vermişdir. I Pavel (1796-1801) və I Aleksandrın (1801-1825) manifestlərindən irəli gələn vəzifələrin həyata keçirilməsində ermənilərə xüsusi rol ayrılmışdır. Ermənilər bu rolu uğurla yerinə yetirməklə geniş və hərtərəfli imtiyazlar almışdılar. Bunlar hüquqi-siyasi cəhətdən I Pyotrun erməni xalqına 1724-cü il 10 noyabr tarixli əlahəzrət fərmanında, 1828-ci il Türkmənçay müqaviləsinin 15-ci maddəsində, 1829-cu il Ədirnə müqavilə-sinin 13-cü maddəsində öz əksini tapmışdır. II Yekaterinanın birbaşa göstərişi ilə hazırlanan planlarda İrana və Türkiyəyə qarşı Cənubi Qafqazda Rusiyanın siyasi və strateji forpostuna çevriləcək vassal xristian dövlətinin əsasən Qarabağ və İrəvan xanlığı və həmçinin Azərbaycanın Xəzərsahili ərazilərində “Alban çarlığı” formasında qurulması nəzərdə tutulurdu.

Bütün bunlar bir daha çar Rusiyasının erməni dövləti yaratmaq niyyətinin ermənilər üçün deyil, daha uzaqgörən bir siyasət olduğunu, imperiyanın məhz Cənubi Qafqazın işğalında ermənilərdən bir alət kimi yararlanmaq siyasətinin tərkib hissəsi olduğunu açıqca göstərir. XIX əsrin əvvəllərində Cənubi Qafqazın işğalını başa çatdıran Rusiya imperiyası artıq ermənilərin ortaya atdığı “Böyük Ermənistan” ideyasının ağ yalan olduğunu bilə-bilə Cənubi Qafqazda “Erməni vilayəti”ni yaratdı. Bu qurumda aparıcı rolu sayca onlardan dəfələrlə çox olan azərbaycanlılara deyil, məhz azlıqda olan ermənilərə verdi.

Azərbaycan tarixinin saxtalaşdırılması ilk öncə, erməni kilsə xadimlərinin xüsusi göstərişi ilə tarixi sənədlər şəklində tərtib olunaraq həyata keçirilirdi. Məsələn: İrəvan xanlığı hələ işğal edilməmiş, 29 iyun 1827-ci ildə Üçkilsə katoli-kosunun göstərişi ilə İrəvan qalasının plan-xəritəsi tərtib edilərək Rusiya koman-danlığına təqdim edilmişdir. Həmin plan-xəritədə İrəvan qalasının daxilində erməni kilsəsi təsvir edilmişdir. Çar Rusiyası tərəfindən İrəvan qalası işğal olun-duqdan sonra burada azərbaycanlılara məxsus maddi və mənəvi abidələrimizin məhvinə, xristianlaşdırmasına və ya erməniləşdirilməsinə başlanılmışdı. Mümkün olduğu qədər bu iş dövlət səviyyəsində həyata keçirilirdi. Rusiya imperatoru I Nikolayın 13 noyabr 1827-ci il tarixli fərmanı ilə İrəvanın baş məscidi pravoslav yunan-rus kilsəsinə çevrildi. Digər mənbənin məlumatına görə İrəvan qalasında yerləşən Rəcəb paşa məscidi rus-yunan kilsəsinə çevrilmişdir.

Azərbaycan tarixinin saxtalaşdırılması daha çox sonrakı dövrlərdə “erməni alimləri” tərəfindən həyata keçirilirdi: erməni alimləri Azərbaycan tarixini akade-mik səviyyədə saxtalaşdırmaqdan belə çəkinmirdilər. Məsələn: akademik S.P.Ağa-yanın A.A.Bakıxanova həsr etdiyi və 1948-ci ildə Bakıda çap etdirdiyi əsərində XVIII əsr Şimali Azərbaycan xanlıqlarının xəritəsi təqdim olunmuşdur. Erməni akademiki həmin xəritəyə saxtakarlıq edərək Şimali Azərbaycan xanlıqlarından birinin– məhz İrəvan xanlığının ərazisini daxil etməmişdir. S.P.Ağayan əsərdə həmin xəritənin altında verdiyi qeyddə yazır ki, göstərilən xəritəni guya P.İ.Koval-yevskinin “Qafqazın rusiya tərəfindən işğalı” əsərindən olduğu kimi götürüb öz əsərinə daxil etmişdir.

Erməni “tarixçiləri” Rusiya çarı I Nikolayın 1828-ci il martın 21-də Erməni vilayətinin yaradılması barədə imzaladığı fərmanını da saxtalaşdıraraq “Rusiyaya birləşdirilmiş qədim Ermənistanın tərkib hissəsi olan İrəvan və Naxçıvan xanlıq-ları” kimi təqdim edirlər. Həmin fərmanda isə deyilirdi: “…Rusiyaya birləşdirilmiş İrəvan və Naxçıvan xanlıqları bundan sonra bütün işlərdə Erməni vilayəti adlandırılsın”. Göründüyü kimi erməni saxtakarlığına cavab vermək üçün tutarlı faktlara müraciət etmək yerinə düşür. Bu baxımdan Almaniya Xarici İşlər Nazir-liyinin Cənubi Qafqazda olan nümayəndələri tərəfindən tərtib edilən 1918-ci il tarixli iki xəritə tariximizi saxtalaşdıranlara cavab vermək üçün mühüm əhəmiy-yətə malikdir. Həmin xəritələrdə XIX əsrin əvvəlləri – Rusiya işğalına qədər və Rusiya işğalından sonra Cənubi Qafqaz ərazisi təsvir olunmuşdur. Və bu torpaq-larda yalnız tatarlara (Azərbaycan türkləri) və gürcülərə məxsus ərazilərin olduğu təsvir edilmişdir. Ermənilərin adları isə mötərizə içərisində Osmanlı imperiyasına məxsus olan ərazidə qeyd olunmuşdur.

Tarixi tədqiqatlar və araşdırmalar göstərir ki, tarixdə “Böyük Ermənistan” dövlətinin olması cəfəngiyatdan başqa bir şey deyildir. O da aydın olur ki, istər çar Rusiyası, istərsə də onun varisləri– Sovetlər Birliyi və Rusiya Federasiyası hər zaman özünün siyasi, iqtisadi və ərazi maraqlarını müdafiə etmək, strateji planların həyata keçirmək üçün Qafqazda və Osmanlı imperiyasının ərazilərində bir sıra planlar həyata keçirməyə çalışmışdır. Belə gizli niyətlər içərisində “xristian həmrəyliyi” hər zaman bu və ya digər şəkildə dövlət məmurları tərəfindən müdafiə edilmişdir. Əslində, bu plan “türk təhlükəsi problemi”nə qarşı yönəlmişdi. Belə nəticəyə gəlinirdi ki, türk dövlətlərinin həmrəyliyinin hər zaman təhlükə altında saxlanılmasında “xristian həmrəyliyi” və onun tərkib hissəsi kimi nəzərdən keçirilən “erməni məsələsi” qədərincə dəyərli bir vasitədir. Elə bu məqsədlə də Çar Rusiyası mərhələ-mərhələ öz məqsədinə çatmaq– Osmanlı imperiyasını əsas dayaqlarından kənarlaşdırmaq, dünya bazarlarına öz çıxışını təmin etmək üçün “erməni məsələsi”ndən ustalıqla istifadə etmişdir. Heç də təsadüfi deyildir ki, rus Çar I Pyotr “Vəsiyyətnamə”sində də yuxarıda sadaladığımız amilləri çox ciddi şəkildə qoyurdu: “Rusiya dövlətini o zaman dünya dövləti adlandırmaq olar ki, onun paytaxtı Asiya və Avropa xəzinələrinin açarı olan İstanbul olsun. Tez və vaxtında çalışıb İstanbula sahib olan şah dünyada ilahi şah olacaqdır. Bu məqsədi həyata keçirmək üçün həmişə Türkiyə ilə İran arasında fitnə-fəsad törətmək, dava-dalaş yaratmaq lazımdır… Amma Türkiyə dövləti məhv olmadan, İranın canını almağımız məsləhət deyildir… Hindistanın açarı Türkiyənin paytaxtıdır…” Bu fikirlər N.B.İbrahimovun Azərbaycan tarixinin alman səhifələri əsəri ilə də təsdiqini tapır. Göstərilənlərə əsasən görünür ki, əsas hədəf Osmanlı imperiyasını parçalamaq olmuşdur.

Birinci Dünya müharibəsi ərəfəsində II Nikolayın Qafqaza gəlişi və ermənilərə osmanlılara qarşı əməkdaşlıq təklif etməsi məsələni daha da ciddiləş-dirdi. Çar Tiflisdəki nitqini bu sözlərlə bitirmişdi: “Qoy, rus bayrağı altında üzən gəmilər Bosfor və Dardanel boğazlarında sərbəst hərəkət etsin. Qoy, erməni xalqı Rusiyanın köməyi ilə Osmanlı ərazisində öz müstəqil dövlətini qura bilsin. Çar hökumətinin himayəsi altında qan qardaşlarımızla birləşərək, nəhayət, hürriyyət və ədalət nemətlərinə qovuşacaqsınız. Ermənilərin sədaqətinə inanıram, erməni xalqını xoş gələcək gözləyir. Sizi əmin edirəm ki, arzunuz yerinə yetiriləcək!”.

Beləliklə, II Nikolayın bu qərəzli və təhrikedici çıxışı ermənilərin Rusiya tərəfindən Türkiyəyə qarşı müharibədə iştirak etməsini təmin etdi. Türk torpaqla-rının işğalına və əhalisinin məhv edilməsinə hazırlaşan erməni ideoloqları erməni kilsəsindən xeyir-dua aldılar. Çar hökumətinin bu iyrənc siyasətinin ilkin nəticələri Birinci Dünya müharibəsinin başlanması ilə özünü göstərdi. Belə ki, 1914-cü ilin noyabrın 1-də Qafqaz istiqamətində Osmanlı sərhədlərini rus ordusunun keçməsi Osmanlı ərazilərində yaşayan erməniləri hərəkətə gətirdi. Rus ordusunun Şərqi Anadoluya daxil olması ermənilərin türklərə qarşı kütləvi qırğın törətməsi üçün şərait yaratdı. Rus ordusunun tərkibindəki ermənilər yerli ermənilərlə birləşərək heç bir günahı olmayan 100 minlərlə dinc əhalini qətlə yetirir və onları öz dədə-baba yurdlarından didərgin salırdılar. 1915-ci ilin yanvarında Sarıqamış rus qoşunları tərəfindən ələ keçirildikdən sonra kütləvi qırğınların miqyası daha geniş-lənmişdi. Beləliklə, araşdırmalar göstərir ki, Çar Rusiyası gələcəkdə müharibənin nəticəsindən asılı olaraq Osmanlı ərazisində erməni muxtar dövlətinin yaradılma-sına təminat verməklə, Osmanlı dövlətinin tərkibində yaşayan erməniləri də Türki-yəyə qarşı müharibəyə cəlb edə bilmişdi. Bu şirin vədlərdən və şirnikmələrdən ruhlanan erməni quldur dəstələri isə Şərqi Anadoluda müsəlmanların kütləvi qırğını üçün fəal şəkildə hərəkətə başlamışlar. Yaranmış vəziyyətin ciddiliyini nəzərə alan Osmanlı hökuməti Şərqi Anadolunun Rusiyanın nəzarəti altına keçməsindən ehtiyat edərək, qabaqlayıcı tədbirlərə əl atmalı olmuşdu. Birinci Dünya müharibəsi illərində Osmanlı dövlətinin 3-cü ordusuna rəhbərlik edən Ənvər paşa Ərzurumda erməni liderləri ilə görüşündə də bir daha əmin oldu ki, ermənilər müharibə başlanacaq təqdirdə Osmanlı dövlətini müdafiə etməyəcəklər. Belə ki, onlar ya Osmanlı dövlətinə sadiq qalmalı, ya da imperatorluğun digər xristian toplumlarının yolu ilə gedərək, Avropa dövlətlərinin Türkiyənin daxili işlərinə müdaxiləsinə nail olmalı idilər. Şübhəsiz ki, erməni xisləti burada da sakit dayanmadı. İstanbul erməni patriarxlığının müharibə ərəfəsində tərəddüdləri ilk baxışda elə rəy yaradır ki, elə bil ermənilər Osmanlı dövlətini istənilən təcavüzə qarşı müdafiə etməyə hazırdırlar. Belə ki, müharibə ərəfəsində Osmanlı dövlətinin baş vəziri məşhur Midhət paşanın sədrliyi ilə keçirilən toplantıda erməni patriarxı həyəcanla demişdi: “Əgər bu çox böyük dövlətin yıxılması alın yazısıdırsa, bizlər onun xarabalıqları altında basdırılmağı özümüzə vəzifə bilirik. Şərəf və namusla ölmək xəcalət içində yaşamaqdan yaxşıdır”. Hətta Rusiyanın Osmanlı dövlətinə müharibə elan etməsi ilə əlaqədar türk parlamentində 25 aprel 1877-ci il də müha-ribəyə qatılmağa dair çıxarılan qərar erməni millət vəkilləri tərəfindən alqışlarla qarşılanmışdı. Onlar Rusiyanın köməyinə möhtac olmadıqlarını səsləndirmiş, heç bir zaman müsəlman qardaşlarımızdan ayrılmayacaqlarını bildirmişlər. Ancaq hadisələrin sonrakı gedişi göstərdi ki, ermənilərin bu “sədaqət andı”, əslində, səmi-miyyətdən çox-çox uzaq imiş. Müharibə başlayan kimi ermənilərin rus orduları sırasında vuruşması, gizli məsələlərin ruslara ötürməsi qısa zaman kəsiyində rus qoşunlarının Ədirnəyə qədər irəliləməsinə şərait yaratmışdır.

Ermənilər özlərinin kütləvi qırğına məruz qalmaları barədə qondarma iddia-larını uzun illər “kütləvi qırğın” və ya “böyük fəlakət” adlandırırdılar. 1948-ci ildə BMT-nin müvafiq Konvensiyası qəbul olunduqdan sonra isə “genosid” adlandır-mağa başlayırlar. Onda belə sual yaranır bəs əslində həmin 1915-ci ildə Osmanlı dövlətinin ərazisində nə baş verib? Və yaxud bu Bu köçürmələr 1915-ci ilin mayında baş vermişsə, ermənilər niyə qondarma soyqırım günü kimi aprelin 24-ü seçiblər? Tarixi prosesləri obyektiv izləyən hər kəs görə bilər ki, bütün bu qırğın-ların hamısı 1915-ci ilin aprelinə qədər olub, ermənilər tərəfindən türklərə və mü-səlmanlara qarşı törədilib.

Birinci Dünya Müharibəsi illərində Osmanlının təəbəsi olan erməni döyüş-çüləri xəyanətə əl atır, silahı türklərə qarşı yönəldir, kütləvi şəkildə Rusiya tərəfə keçirlər. Təbii ki, bu işdə çar Rusiyası da Türkiyəni zəiflətmək məqsədilə fəal rol oynayır və ermənilərdən alət kimi istifadə edirlər. Arxada isə erməni silahlıları dinc tükləri, müsəlmanları qırıb, hökumət orqanlarına hücum edib, ölkəyə, rəsmi hakimiyyətə qarşı qiyam qaldırırlar. Vəziyyəti nizama salmaq üçün 1915-ci il aprelin 24-də Osmanlı İmperatorluğunun Daxili İşlər Nazirliyi “Təhcir haqqında” qanun qəbul etməyə məcbur oldu. “Təhcir” ərəbcə “köç” mənasını verir.

Aprelin 26-da da Baş komandanlığın yeni əmri çıxır. O əmrə görə 2345 erməni terrorçusu ölkənin müxtəlif yerlərində həbs edilir. Bunların bir çoxu kəndlərə hücum edərək silahsız əhalini qıran cinayətkarlar idi.

27 may 1915-ci il tarixində “Söbh və isqan haqqında” (“Köç”) qanun qüvvəyə minir. Bu qanun Şərqi Anadolu ərazisində daima problem yaradan, xarici qüvvələrlə işbirliyinə girən və əsgəri baxımından böyük təhlükə törədən əhalini, öz təhlükəsizlikləri baxımından daha etibarlı və idarəçilik baxımından da rahat olan ərazilərə köçürülməsindən bəhs edirdi. Göründüyü kimi, qanunda “erməni” kəlməsi işlədilməmişdir. Bu qanun silahlı üsyan edənləri, düşmənlə əməkdaşlığa girərək casusluq və xainlik edənləri hərbi anlayışlarla müharibə ərazisindən uzaq-laşdırmaq üçün qəbul edilmişdir. Əslində isə araşdırmalar göstərir ki, bu xəyanəti edənlər elə ermənilər olduğu üçün də qanun da onlara şamil edilmişdir. Dövlətə qarşı qiyam qaldıran ermənilər daha təhlükəsiz yerlərə köçürülməyə başladılır. Bu köçürmə prosesi isə sistemli şəkildə, həyata keçirilib. Köçürmə prosesində müəyyən problemlər yaşansa da, konkret məqsəd ermənilərə qarşı “soyqırımı” həyata keçirməkdən ibarət olmayıb. Türkiyənin burada başlıca məqsədi özünə qarşı arxadan vurulan zərbənin qarşısını almaqdan ibarət olub.

Fakt və sənədlər ermənilərin uydurma “24 aprel soyqrımı”nın əsil mahiyyə-tini açır. Məlum olur ki, bu hadisələri törədən qiyamçı dəstələrin böyük əksəriyyəti ermənilərdən təşkil edilibdir. Bütün bunlar isə Osmanlı hökumətinin Daxili İşlər Nazirliyindən Başbakanlığa göndərilmiş 1915-ci il 1 may tarixli məlumatda da öz əksini tapmışdır. Məlumatda qiyamçı erməni dəstələrinin Van, Bitlis, Ərzurum, Adana, Sis, Mərsin, İskəndərun və Antakyadan ölkənin cənub vilayətlərinə köçü-rülməsi məsələsi də xahiş olunurdu. 1915-ci il 30 may tarixli məlumatda isə köçürülən ermənilərin məskunlaşdırılması, onların iaşə və tibbi məsələlərinin həlli tələb edilirdi. Osmanlı hökumətinin 1 iyun 1915-ci il tarixli digər bir məlumatında isə orduya zərər verilməsinin qarşısının alınması üçün, erməni əsgərlərinin döyüş birləşmələrindən çıxarılaraq təchizat birləşmələrinə göndərilməsi və cəbhə bölgə-sində məskunlaşmış ermənilərin İraqa köçürülməsi aydın olur. Bununla da açıq görünür ki, Osmanlı hökumətinin 1915-ci il 24 aprel tarixli “Təhcir qanunu”nda əksini tapmış təhlükəli hesab olunan qiyamçı dəstələr, dövlətə xəyanət edənlər ermənilər arasında müşahidə edilirdi.

Başbakanlık Osmanlı Arxiv sənədlərində köçürmə zamanı ölənlərin sayı barədə də məlumat verilir. Belə ki, göstərildiyinə görə köçürülən 478.758 ermə-nidən 382.148 nəfəri köçürülən bölgələrə gəlib çatmışdır. Müharibə şəraitinin çətinlikləri, ağır yol həyatı, xəstəliklər və bu kimi səbəblərdən ölən ermənilərin sayı isə 200 min nəfərə yaxın olmuşdur. Bütün bu gerçəkliklərin işığında köçürmə zamanı ölən ermənilərin sayının 1.200.000-dək şişirdildiyi, bunun elmi əsaslara söykənmədiyi və sadəcə təbliğat xarakteri daşıdığı bir daha aydın görünür. Hətta ölənlərin sayı ildən-ilə artırılır.Utanmadan bu rəqəmi indi üç milyona çatdıran erməni boşboğazları da vardır.

Köçürülərkən ermənilərin can və malı qorunurdu. Köçürmə dövlətin hesa-bına həyata keçirilirdi. Ermənilər köçürülərkən onların təhlükəsizliyini və sağlam-lıqlarını qorumaq üçün jandarm qüvvələri və həkim dəstəsi ayrılmışdı. Ermənilər Van, Bitlis və Ərzurumdakı vilayətlərin daxilində olan daha təhlükəsiz ərazilərə, indiki Suriya və Livan ərazisinə köçürülmüşlər. Təbii ki, bu köçürmələr ağrısız-acısız ötüşmür, xəstəlikdən və ya başqa səbəblərdən həyatını itirənlər də az olmur. Üstəlik birbaşa xəyanətdə əli olan əsgər və zabitlər müharibə qanunları əsasında cəzalandırılırdılar. Tarixi sənədlər sübut edir ki, xəyanət etməyən, dövlətə qarşı çıxmayan ermənilər İstanbulda və Osmanlının digər şəhərlərində azad yaşayıb və onların törəmələri bu gün də Türkiyədə sərbəst yaşayırlar.

1916-cı il oktyabr ayınında olan başqa bir məlumata görə, təxminən 702 min 900 nəfər erməni köçürülmüşdü. Hökumət bu prosesə təxminən 86 milyon lirə xərcləmişdi. Deməli, 24 aprelin soyqırımı kimi qondarılmasının “ermənilərin öldürülməsi” ilə heç bir əlaqəsi yoxdur. Həmin gün erməni terrorçularının həbsi günüdür. Bu gün isə ermənilər heç bir həqiqətə söykənməyən, 1 milyon 500 min nəfər erməninin qırıldığından yazırlar. Həmişə yalan və böhtan yazan ermənilərdən həqiqəti gözləmək özünü aldatmaq kimidir. Faktlar göstərir ki, ölənlər hərbi əmə-liyyat meydanında ölən ermənilərdir. Və digər baxımdan ölənlərin sayı bölgədə yaşayan ermənilərin sayından çox göstərilir. Bu da bütün niyətlərdən xəbər verir. Həmin dövrün rəqəmlərinə diqqət yetirsək görürük ki, öldürülən ermənilərin sayı əvvəlcə 600 min, sonra 800 min, sonra isə 1 milyon 500 min nəfər göstərilir. Ona görə də, qondarma “soyqırımı” erməni uydurmasıdır. Tarixi sənədlərin hamısı aydın şəkildə göstərir ki, ermənilərin “soyqırımı” ilə bağlı söylənilənlərin heç bir əsası yoxdur. “Soyqırımı” ermənilərin müasir dövrdə piyarına çevrilibdir. Bir həqi-qəti də unutmaq olmaz ki, əgər həmin vaxt 1,5 milyon erməni öldürülmüş olsaydı, bu gün dünyada barmaqla sayılası qədər erməni olardı.

Hacı Zeynəlabdin Tağıyevin maliyyələşdirdiyi “Kaspiy” qəzetinin 1914-cü il 18 noyabr tarixli 259 –cu sayında yazılırdı: “6 vilayətdə 1 milyon 18 min erməni yaşayır. “Baku” qəzetinin 1915-ci il 4 sentyabr tarixli 197-ci sayında “Ermənis-tanın göz yaşları” məqaləsində göstərilirdi ki, bütün Türkiyədə yaşayan erməni-lərin sayı 1milyon 200 mindir. Onlardan təxmininən 250 mini Qafqaza gəlmişdir. Birinci Dünya müharibəsi illərində o qəzetdə 200 min yazılır. 700 min nəfər başqa ölkələrə köç edib getmişdir. 280 min erməni daimi yaşadığı yerlərdə yaşamağa davam etmiş və İslamı qəbul etmişdir. Ancaq göstərilən real mənzərə ilə hesablaş-mayan ermənilər heç bir əsası olmayan, 1920-ci illərdə Aram Andonyan adlı erməni “tarixçisi”nin Londonda, Parisdə və Bostonda (ABŞ) “Naim bəyin xatirələri ermənlərin köçürülməsi və qətli haqda rəsmi türk sənədləri” adlı dərc etdirdiyi kitablara və kitabda qondarılan Tələt paşanın teleqramlarına istinad edərək erməni “Soyqrım”ının olduğunu israr edirlər.

Bu kitablarda Tələt paşaya aid olduğu əsassız olaraq iddia edilən və erməni-lərin kütləvi qətlini əmr edən 50 teleqram və 2 məktub var. Andonyanın iddiasına görə guya bu “materialları” Hələbi tutmuş general Allenbinin ordusu aşkar etmiş-dir. Bir sıra erməni və ermənipərəst tarixçilər bu materialların saxta olmadığını və erəmi soyqırımını sübut edən faktlardan biri olduğunu iddia edirlər. Maraqlıdır ki, ingilis ordusu İstambulu işğal etdikdən sonra “gənc türklərin” “hərbi cinayətlər törətmiş” nümayəndələrinin məhkəmə qarşısına çıxarldığı “İstambul hərbi tribu-nalı” A. Andonyanın materiallarını saxta saymış və bunu sübut kimi qəbul etmə-mişdir. Bir qədər sonra Berlində Tələt paşanı qətlə yetirmiş Soqomon Teyler-yanın məhkəməsi zamanı “erməni soyqırımının” sübütu kimi təqdim olunmuş “Tələt paşanın teleqramları” yenə də sübut kimi gəbul olunmur, sənədlərin eksper-tizasını keçirən Berlin kriminalistika bürosunun ekspertləri sənədlərin saxta olduğu qənaətinə gəlirlər. Baxmayaraq ki, A.Andonyanın materialları ciddi akademik çevrələrdə qəbul olunmur, amma erməni tarixçiləri onların saxta olmadıqlarını və “erməni soyqırımını” sübüt edən faktlardan biri olduğunu iddia edirlər.

Bütün bu deyilənlərlə yanaşı, erməni ideoloqlarının və onların havadarla-rının iddialarını alt-üst etmək üçün türk tarixçisi Ali Karacanın 2003-cü ildə İstan-bulda nəşr olunan “Türkiyədə ermənilər için yapılan reformlar və Tehcir gerçegi” əsərində “Təhcir qanunu”nun əsas ideoloqu olan, buna görə də erməni terrorçusu tərəfindən qətlə yetirilən Osmanlı dövlətinin Daxili işlər naziri Tələt paşanın bu köçürülmənin səbəblərini necə açıqladığını diqqətə çatdırmağı məqsədə uyğun hesab edirik: O qeyd edirdi ki, “Osmanlı dövlətinin bütünlüyü və dövlətin əleyhinə çalışan Avropa dövlətlərinin şirin vədləri ermənilər arasında gündən-günə geniş-lənmişdir. Bu vədlərdən ruhlanan erməni icmaları silahlı üsyan şəklində dövlətin bütövlüyünü təhlükə altına alır, dövlətin arzu etmədiyi bir çox hadisələrə yol açırlar. Xalqın və dövlətin birliyini qorumaq üçün erməni, rum və ərəblər Ərzu-rum, Van, Bitlis vilayətləri ilə Adana, Sis, Mersin, Maraş və Hələbin mərkəzi müstəsna olmaqla, Adana, Mersin, Kozan livaları ilə Maraş sancağı, mərkəz qəzaları istisna olmaqla İskəndərun, Beylan və Antakya qəzalarının kənd və qəsəbələrində təhlükəli görülən ermənilər Suriya və İraqın şimalına – Urfa, Zor, Hələb, Harran, Mosul, Diyarbəkir və Cizrə bölgələrinə köçürülmüşdür” Tələt paşa-nın “Təhcir qanunu” ilə bağlı bu məzmunlu şərhindən görünür ki, dövlətin bütöv-lüyünə zərbə vuran və silahlı üsyan edənlər daha çox imperiyanın erməni əhalisi olmuşdur. Bununla da Şərqi Anadoluda yaşayan ermənilərin Osmanlı imperiya-sının daxili rayonlarına köçürülməsinin bəzi səbəblərini aşkarlamaq olur.

Yaşanan olaylar göstərir ki, Osmanlı dövlətinin bütövlüyünə qarşı çıxış edən ermənilər əvvəldən silahlanmışlar. Rus qoşunları sərhədi keçən kimi onlara qoşulmuşlar. Bütün Osmanlı ordusu cəbhədə düşmənlə vuruşduğu halda, impe-riyanın erməni əhalisi arxada üsyan və terrora əl ataraq yaşadıqları ölkəyə və dövlətə xəyanət yolunu tutmuşlar. Bununla da elə bu köçürülmənin əsas günah-karları erməni millətçiləri özləri olmuşlar. Ermənilər rus ordusunun tərkibində müharibəyə qatılmaqla, əslində, özləri üçün problem yaratmışlar. Erməni millət-çiləri və “ziyalıları” sübut etmək istəyirlər ki, Osmanlı hökumətinin bu qərarı ilə etnik təmizləmə siyasəti aparılmış, Birinci Dünya müharibəsi illərində Osmanlı ərazisində bir milyondan çox erməni öldürülmüşdür. Onlar fakt kimi müharibəyə qədər Osmanlı ərazisində ermənilərin sayının 2.5 milyon nəfər olduğunu göstərirlər. Hansıki, Osmanlı dövlətinin rəsmi məlumatına görə, müharibəyə qədər Şərqi Anadoluda müsəlmanlar da daxil olmaqla 3.500.000 əhali yaşayırdı. Bun-lardan Türkiyənin şərqində 800.000-i, Anadolunun digər bölgələrində isə 450.000-i erməni idi. Bununla, rəsmi məlumatlar göstərir ki, bütün imperiya ərazisində 1.250.000 nəfər erməni yaşayırdı. Görünür ki, ermənilərin iddia elədiyi əhalinin yalnız üçdə biri döyüş əməliyyatları gedən ərazidə yaşayırmış. Belə olan halda Osmanlı ərazisində 1 milyondan çox erməninin kütləvi şəkildə qırılması iddiası sadəcə gülüş doğurur. Göstərilən bu fikirlər və əsaslı faktlar erməni nümayəndə heyətinin rəhbəri B. Nübar paşanın 1918-ci ildə Fransa Xarici İşlər Nazirliyinin səlahiyyətli nümayəndəsinə göndərdiyi məktubunda da öz təsdiqini tapır. Poqos Nübar paşa köçürülənlərin ümumi sayının 600-700 min nəfər olduğunu göstərir. Osmanlı sənədlərində isə təhcir edilən ermənilərin sayını 478.758 nəfər olduğu qeyd olunur. Belə bir ətraflı şərhdən sonra Nuru paşanın “Erməninin nə vaxt və necə, harada ölməsindən asılı olmayaraq başını məzardan qaldırır və qışqırır: mən kütləvi qırğın zamanı öldürülmüşəm” sözləri yerinə düşür. Bütün bu göstərilən faktlar, izahlar və şərhlər bir daha əminliklə deməyə əsas verir ki, Osmanlı höku-mətinin məlum qərarı heç bir fiziki yoxetməyə, soyqırıma səbəb olmamışdır. Rəsmi sənədlərdə isə, erməni ideoloqlarının bütün dünyanı inandırmağa çalışdığı “ermənilərin kütləvi şəkildə qırılması” deyil, “silahlı üsyan edənlərin, düşmənlə əməkdaşlığa girərək casusluq edənlərin, yaşadığı ölkəyə xəyanət edərək arxadan zərbə vuranların köçürülməsi” əksini tapmışdır.

Qondarma “erməni soyqırımı” məsələsinin harada və necə müzakirə edil-məsindən asılı olmayaraq, ümumilikdə bu həm Türkiyəyə, həm də Azərbaycana qarşı yönəldilmiş bir mövzudur. Bu iddialar həqiqətdən uzaq olmaqla yanaşı, erməni lobbisinin, Ermənistan dövlətinin və onlara havadarlıq edən bəzi imperialist güclərin siyasi ambisiyalarına xidmət edir. Hər il aprel ayının 24-də dünyanın aparıcı ölkələrində əlləri yüz minlərlə türkün qanına boyanan, qatı şovinistliyi ilə tanınan, türk düşmənçiliyini dövlət siyasətinə çevirən erməni-daşnakları uydurma “erməni soyqırımı” yalanını təmtəraqlı şəkildə qeyd edirlər. Onlar erməni millətini “məzlum”, “əzabkeş” qismində dünya birliyinə təqdim etməyə çalışırlar. Bəs, görəsən, niyə xatırladılmır ki, XIX əsrin əvvəllərindən Çar Rusiyasının Cənubi Qafqazın işğalına başlaması ilə İrandan və Osmanlı imperiyasının ayrı-ayrı əyalətlərindən köçürülən ermənilər tədricən Azərbaycan ərazilərində yerləşdiril-məklə imperiya maraqlarına uyğunlaşdırılmışdı. Niyə deyilmir ki, 1918-ci ilin mart günlərində ermənilər təkcə Bakıda üç gün ərzində 12 min, Şamaxıda 8-12 min, bütövlükdə qəzanın 72 kəndində 40 min, Quba qəzasında 7-8 min (əslində 15-16 min) nəfərdən çox, Zəngəzur qəzasında 10068 nəfər azərbaycanlını qanına qəltan etmişlər..

Hələ 2005-ci ilin aprel ayında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Ermənistanın sabiq prezidenti R.Köçəryana müraciətlə qondarma “erməni soyqırımı” iddialarının araşdırılması üçün müştərək komissiyanın yaradılmasını, bu məsələ ilə bağlı bütün sənədlərin arxivlərdən üzə çıxarılmasını təklif etmişdi. Türkiyə Arxivləri İdarəsinin rəhbəri Yusuf Sarınay isə ermənilərin hər il aprelin 24-ü tarixini dünyaya “erməni soyqırımı günü” kimi təqdim etmələrinin yalan olduğunu sübuta yetirmək məqsədilə Osmanlı dövrünə aid arxivlərin qapılarını dünya ölkələrinin tarixçilərinin, alimlərinin üzünə açdıqlarını bəyan etmişdir. Bu təklifə indiyədək cavab verməyən ermənilərin real faktlara əsaslanmadığı, bu qondarma iddiadan ideoloji və siyasi məqsədlərlə yararlandığı indi dünya ictimaiy-yətinə də yaxşı bəllidir. Deməli, qondarma “erməni soyqırımı” ilə bağlı qətnamə və bəyanat qəbul edən dövlətlərin nümayəndələri nə Türkiyə, nə digər Qərb dövlət-lərinin arxivlərində olmuş, sadəcə, siyasi motivli qərəzli və ədalətsiz qərarı rəsmi-ləşdirmişlər. Belə qərar qəbul edən dövlətlərin əksəriyyətinin Avropa İttifaqının üzvü olması da təsadüfi görünmür. Siyasi müşahidəçilərin fikrincə, həmin dövlətlər belə süni maneələrlə müsəlman dövləti olan Türkiyənin təşkilata gedən yoluna sipər çəkməyə, Avropa İttifaqını “xristian evi” kimi qoruyub saxlamağa çalışırlar.

Çox təəssüf ki, yarandığı vaxtdan etibarən ATƏT-in Minsk qrupunun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmaz-lığının, suverenliyinin bərpasının zəruriliyi bildirilsə də, indiyə qədər bu qurumun fəaliyyəti sülh prosesində arzu olunan nəticəni verməmişdir. ATƏT çərçivəsində yaradılan Minsk qrupu və bu qrupa həmsədrlik edən ABŞ, Fransa və Rusiya kimi böyük dövlətlər münaqişənin dondurulmuş şəkildə qalmasında məsuliyyət daşımamış və təcavüzkara qarşı heç bir təzyiq göstərmək niyyətində olmamışlar.

Tarix boyunca etnik azlıqlarla münasibətlərini müasir dövlətlərdən də üstün bir səviyyədə quran Osmanlı dövlətinin XX əsrdə belə bir cinayətə baş vura biləcəyini düşünmək son dərəcə yanlışdır. Hər şeydən əvvəl ona görə ki, əgər milli baxımdan sırf ermənilər hədəf alınsaydı, Osmanlı dövründə onlardan paşa, nazir, millət vəkilləri çıxa bilərdimi? Osmanlı imperiyasındakı azlıqların vəziyyəti obyektiv baxışla dəyərləndirilərsə, ermənilərin dil və din azadlığına sahib olduqları, hərbi xidmətə çağırılmadıqları, ticarət haqqını əldə etdikləri, dövlətin üst səviyyəli postlarında yer tutduqlarını görmək olar. Tarixi materiallarda vaxtilə milləti-sadıka (sadiq millət) olaraq xarakterizə edilən ermənilərdən 29 paşa, 22 nazir, 33 millət vəkili, 7 səfir, 11 baş konsul, 11 universitet müəllimi, 41 yüksək rütbəli məmur olduğu göstərilir. Hətta Osmanlı dövlətində ermənilərə “əhli-kitab” statusu içərisində dini tolerantlıq da göstərilmiş, çox sayda erməni kilsəsinin açılmasına icazə verilmişdir. Belə bir vəziyyətdə Osmanlının ermənilərə soyqırımı tətbiq etdiyi şəklində önə sürülən iddiaların əsassız olduğu ortaya çıxır. Həmin iddiaların əksinə, soyqırımına məruz qalan onlar deyil, türklər olmuşdular.

“Erməni soyqırımı” deyilən məsələ qondarmadır. Bu, bir sıra dövlətlərin maraqları baxımından ortaya atılıb. Ondan bir alət kmi istifadə edilib. Ermənistan heç bir zaman “erməni soyqırımı” iddiasından imtina etməyəcək. Ona görə ki, bu, həm Ermənistandakı, həm xaricdəki ermənilər üçün bir vasitə halına gəlib.

Əgər “soyqırım” məsələsi aradan götürülərsə, o zaman Erməni birliyi dağılmış olar. “Soyqırımı” bütün erməniləri birləşdirən bir çağırış halına gəlib. “Soyqırımı” onların alver predmetinə çevrilib.

Ermənilər qondarma iddialarını “soyqırımı” adında 1965-ci ildən gündəmə gətiriblər. Kilsənin irəli sürdüyü iddialar Amerika və Avropada erməni lobbisinin dəstəyi ilə böyük bir kampaniyaya çevrilib. Ermənilər ilk “soyqırım” qərarının qəbuluna Urquvayda nail olublar. 1965-ci il aprelin 20-də Uruqvay parlamenti 24 apreli “Erməni soyqırımını anma günü” kimi tanıyıb. Uruqvay parlamen-ti 2004 və 2005-ci illərdə daha iki bəyanatla qərarını yeniləyib. Bundan 17 il sonra- 1982-ci il aprelin 29-da Kiprin Yunan icması analoji qərar qəbul edib. Sonra Fransa, Belçika və s. dövlətlər eyni qərarə qəbul ediblər. Amma bu dövlətlərin sayı o qədər də çox olmayıb. BMT-nin üzvü olan 193 dövlətdən cəmi 26-sı ermənilərə “səs” veriblər. Deməli, tanıtım gözlənilən nəticəni verməyibdir. Ermənilərin “soyqırım” hay-küyü törətməklə məqsədləri əvvəlcə qondarma “soyqırımı”nı dünya dövlətləri tərəfindən tanıdılmasına nail olmaqdır. Sonra Türkiyədən təzmi-nat tələb etmək və daha sonra isə torpaq iddiası gündəmə gətirməkdir. İllərdir ki, qondarma soyqırımın dünya dövlətləri tərəfindən tanıdılmasına ermənilər milyon-larla vəsait xərcləyirlər.

“Erməni soyqırımı”nı tanımış ölkələr aşağıdakılardı:

Urquvay – 20 aprel 1965, 2004, 2005, Cənubi Kipr– 1982, Argentina-– 1993, 2003, 2004, 2005, 2006, 2007; Rusiya- – 1995, 22 aprel 2005; Yunanstan– 25 aprel 1996; Kanada– 1996, 2000 və ən son olaraq 21 aprel 2004; Livan– 1997, 11 may 2000; Belçika– 26 mart 1998; Vatikan– 2000; İtalya– 17 noyabr 2000; Fransa– 18 yanvar 2001; İsveçrə– 16 dekabr 2003; Slovakiya– 30 noyabr 2004; Hollandiya– 21 dekabr 2004; Slovakiya– 2004; Polşa– 19 aprel 2005; Almaniya– 1 iyun 2016; Venesuela– 14 iyul 2005; Litva– 15 dekabr 2005; Çili– 2007; Boliviya– 2014; Braziliya– 2015; Lüksenburq– 2015; Bolqarıstan– 2015; Avstriya– 2015 və Suriya– 2015. Beləliklə, 1950-ci illərdən başlanan kampaniya nəticəsində ermənilər 26 dövlətdə rəsmi qərarın qəbuluna nail olmuşlar. Daha 2 dövlətin- İsveç və ABŞ-ın Xarici Əlaqələr Komitəsi müvafiq qətnamə layihəsini təsdiqləyiblər.

Bütün bunlar göstərir ki, xristian dünyasında qondarma “erməni soyqırımı” ilə bağlı başlanmış kampaniyanın kökündə Türkiyə və Azərbaycana təsir göstər-mək, hər iki qardaş və strateji müttəfiq ölkəni prinsipial mövqeyindən çəkindirmək niyyəti dayanır. Bu qondarma təbliğat yolu ilə hər il xristian dünyası ermənilərin XX əsrin əvvəllərində və sonlarında Anadolu və Azərbaycan türklərinə qarşı apar-dıqları etnik təmizləmə siyasətini və soyqırımını pərdələməyə çalışır. Erməni daş¬nak¬¬ları hər an Azərbaycan türklərinə qarşı soyqırımını davam etdirmək niyyətində olduqlarını numayiş etdirirlər. Nəhayət ermənilər uydurma soyqırımını dünya birli-yinə tanıtdırmaqla Türkiyə Cümhuriyyətindən təzminat almaq, torpaq qoparmaq iddiasından əl çəkmək fikrində olmadıqlarını açıq şəkildə bəyan edirlər. Bu mənada “qondarma erməni soyqırımı” iddialarına qarşı mübarizə aparmaq, hər birimizin harada doğulub və yaşamamızdan asılı olmayaraq əsas vəzifəmiz olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün tarixi həqiqətləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq.

Şikar QASIMOV

Bakı Mühəndislik Universiteti “Ümumi fənlər”

kafedrasının professor, tarix elimləri doktoru.

Həmkarlar İttifaqı Komitəsinin sədri.

Verified by MonsterInsights