24 əyalət hədəf alındı

İran və ABŞ arasında danışıqlar davam edərkən, İsrail və ABŞ bu gün səhər tezdən İrana birgə hücumlar təşkil etdilər.

ELAZ.İNFO xəbər verir ki, İsrail Müdafiə Nazirliyi İsrailin İrana qarşı “qabaqlayıcı zərbə” endirdiyini açıqladı. ABŞ Prezidenti Donald Tramp da İrana qarşı “böyük əməliyyat” başlatdıqlarını açıqladı.

Hücumlar paytaxt Tehran, İsfahan, Kərəc, Qum, Təbriz, Buşəhr və Kermanşah da daxil olmaqla 24 əyalətdə müxtəlif yerləri hədəf aldı.

İran Qırmızı Aypara Cəmiyyəti bildirib ki, hücumlarda indiyə qədər 201 nəfər ölüb, 747 nəfər yaralanıb.

İran ordusu ABŞ-İsrail hücumlarına cavab olaraq İsrailə qarşı ballistik raketlər və dronlarla əks-hücumlar başlatdığını açıqlayıb.

İran ordusu həmçinin Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qətər və İordaniya kimi ölkələrdəki ABŞ bazalarına və hədəflərinə raket və kamikaze dron hücumları təşkil edir.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights