Azərbaycan Hüquq İctimaiyyətinə Ağır İtki: Rafael Sergeyeviç Vəfat Edib

Azərbaycan Respublikası hüquq sisteminin inkişafında müstəsna xidmətləri olan görkəmli hüquqşünas, Konstitusiya Məhkəməsinin sabiq hakimi Rafael Sergeyeviç ömrünün 78-ci ilində uzunsürən xəstəlikdən sonra vəfat etmişdir.

ELAZ.İNFO xəbər verir ki, bu itki ölkənin məhkəmə hakimiyyəti və hüquq ictimaiyyəti tərəfindən böyük kədərlə qarşılanıb. Rafael Sergeyeviç ömrünün 50 ildən çoxunu Azərbaycanın məhkəmə hakimiyyəti sisteminə həsr etmişdir. O, ədalət mühakiməsinin səmərəliliyinin artırılması və hüquqi dövlət quruculuğu yolunda yorulmadan fəaliyyət göstərmişdir. Bir hakim kimi qəbul etdiyi qərarlar və nümayiş etdirdiyi peşəkarlıq onu hüquqşünaslar nəsli üçün örnəyə çevirmişdir. Onun dövlətçilik qarşısındakı xidmətləri hər zaman ən yüksək səviyyədə təqdir olunmuşdur. Fəaliyyəti dövründə Rafael Qvaladze aşağıdakı yüksək təltiflərlə mükafatlandırılmışdır:

“Əməkdar hüquqşünas” fəxri adı; 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni; Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”.

Hüquqşünas həmkarları tərəfindən həm də səmimiliyi, təvazökarlığı və yüksək insani keyfiyyətləri ilə tanınan Rafael Qvaladze, ədalətli prinsipiallığı ilə seçilirdi. Onun xatirəsi Azərbaycanın hüquq tarixində və onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights