ELAZ.İNFO xəbər verir ki, 23 sentyabr günü hər bir səudiyyəli üçün əlamətdar gündür.
Məlumat üçün bildirək ki, 1932-ci ilin bu günündə əlahəzrət Kral Əbdüləziz bin Əbdürrəhman Al Səud ölkəni “Səudiyyə Ərəbistanı Krallığı” adı altında birləşdirərək, dünyaya yeni bir dövlətin yarandığını bəyan edib. Krallıq həmin hadisəni özünün Milli Günü kimi qeyd edir.
Mərhum Kral 32 il ərzində çox çətin şəraitdə yeni dövlətin bünövrəsini Allah Kitabı – Qurani-kərim və Onun Peyğəmbərinin (Ona Allahın salavat və salamı olsun!) sünnəsi əsasında quraraq, İslam dininin qaydaları ilə çiçəklənən, bu dinin saf və humanist təlimləri ilə dünyaya səs salan, sülh və xeyir yayan, elm və tərəqqiyə can atan, özünün və bütün bəşəriyyətin daha gözəl sabahına doğru sürətli addımlarla irəliləyən gənc bir dövlətin qüdrətli memarı olub.
Əli İBRAHİMOV
Vəkil