22 dinc sakin həlak olub, 130-dan çox yaralı var

ELAZ.İNFO xəbər verir ki,Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik ötən həftə ərzində Ukrayna Silahlı Qüvvələrinin (USQ) zərbələri nəticəsində mülki əhali arasındakı itkilərlə bağlı rəsmi rəqəmləri açıqlayıb. Zərbələr nəticəsində 22 nəfər həyatını itirib.

Miroşnikin sözlərinə görə, ötən həftə ərzində ümumilikdə 153 mülki şəxs zərər çəkib. Onlardan 131-i yaralanıb (o cümlədən bir azyaşlı), 22-si isə həlak olub. Səfir xüsusi olaraq vurğulayıb ki, yaralananların mütləq əksəriyyəti — təxminən 92%-i (141 nəfər) məhz pilotsuz uçuş aparatlarının (PUA) hücumları nəticəsində xəsarət alıb. Ən çox itki və dağıntı qeydə alınan bölgələr: Belqorod vilayəti Xerson və Zaporojye vilayətləri.

Məlumata görə, hücumlar zamanı beynəlxalq hüquq normaları pozularaq tibb və təhsil müəssisələri də zərər görüb. Zaporojye vilayətində mərkəzi xəstəxana binası, Bryansk vilayətində isə bir kənd məktəbi və tibb məntəqəsi dron zərbələri ilə zədələnib və ya tamamilə sıradan çıxıb. Bundan əlavə, Xerson və Donetsk ərazilərində mülki avtomobillərin minalara düşməsi nəticəsində dinc sakinlərin yaralanması halları qeydə alınıb. Ümumilikdə həftə ərzində Rusiya subyektlərinə qarşı 3300-dən çox müxtəlif növ sursatdan istifadə edildiyi bildirilir. Mülki obyektlərin və dinc əhalinin hədəfə alınması bölgədəki humanitar böhranı daha da dərinləşdirir və tərəflər arasında gərginliyin azalmasına imkan vermir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights