Ümumdünya Yer Kürəsi Gününün və ya Ağac Gününün tarixi XIX əsrin 70-ci illərinə təsadüf edir. ABŞ-da senator Heylord Nelsanın təşəbbüsü ilə keçirilən bu bayramda məqsəd insanların diqqətini ətraf mühitin çirkləndirilməsi və canlı aləmin qorunub saxlanması problemlərinə cəlb etmək idi.
Yer Kürəsi Günü ilk dəfə 1970-ci il aprelin 22-də qeyd olunub. 20 milyona yaxın amerikalı müxtəlif tədbirlərdə iştirak edərək höküməti ekoloji problemləri həll etməyə çağırıb. Həmin vaxtdan etibarən başlanan kütləvi ekoloji hərəkat təbii ehtiyatların qorunmasına və sənaye istehsalı üzərində ekoloji nəzarətə istiqamətlənib.
Məhz XX əsrin 70-ci illərindən etibarən şirkətlər ətraf aləmin mühafizəsinə nə qədər vəsait ayırmaları barədə rəsmi məlumat verməyə başlayıblar.
Əli İBRAHİMOV