20,3 kiloqramdan artıq narkotik vasitə, 250 ədəd psixotrop tərkibli həb və 10 ədəd çətənə kolu götürülüb

ELAZ.İNFO xəbər verir ki, Daxili İşlər Nazirliyi məlumat verib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 3-də ümumi çəkisi 20,3 kiloqramdan artıq narkotik vasitə, 250 ədəd psixotrop tərkibli həb və kultivasiya yolu ilə yetişdirilmiş 10 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 530 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib. 
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

ELAZ.İNFO

Bizimlə oxuyun
Verified by MonsterInsights