2026-da hansı ölkə nə qədər mükafat verir?

ELAZ.İNFO xəbər verir ki, 2026-cı il Qış Olimpiya Oyunları təkcə idman mübarizəsi ilə deyil, həm də ölkələrin öz çempionlarına vəd etdiyi astronomik mükafatlarla gündəmdədir. Bəzi ölkələr bir qızıl medala görə milyonçuya çevrilmək şansı yaradır, digərləri isə ümumiyyətlə pul mükafatı vermir.

Qış idman növlərində böyük tarixi uğurları olmayan ölkələr idmançılarını stimullaşdırmaq üçün “kisənin ağzını” sonuna qədər açıblar. Hazırda reytinqin başında Sinqapur dayanır.

Qızıl medal: 790 000 dollar. Gümüş medal: 395 000 dollar Bürünc medal: 197 000 dollar. Maraqlıdır ki, bu qədər böyük mükafata baxmayaraq, İtaliyadakı Oyunlarda Sinqapuru cəmi bir idmançı – dağ xizəkçisi Faiz Başa təmsil edir. Honkonq da geri qalmır; burada qızılın qiyməti 768 000 dollar olaraq müəyyən edilib.

Qış idmanının “şahları” sayılan Norveç, İsveç və Böyük Britaniya kimi ölkələr idmançılarına birbaşa pul mükafatı ödəmir. Bunun bir neçə səbəbi var: Hesab olunur ki, ölkəni təmsil etmək ən böyük mükafatdır. Bu, ölkələrdə idmançılar birdəfəlik ödəniş yox, karyeraları boyu yüksək təqaüdlər və hazırlıq qrantları alırlar. Qış idmanının populyar olduğu ölkələrdə çempionlar sponsorlardan milyonlarla dollar qazanırlar.

Sinqapur və Honkonqun liderlik etdiyi siyahıda qonşumuz Gürcüstan da iddialı rəqəmlərlə çıxış edir. Qonşu Gürcüstan hökuməti qış idman növlərini stimullaşdırmaq üçün qızıl medal qazanan idmançısına 371 700 dollar ödəməyə hazır olduğunu bəyan edib. Bu, Avropa miqyasında ən yüksək göstəricilərdən biridir. İtalyanlar artıq 13 medal qazandıqları üçün büdcədən ayrılan vəsaitin Sinqapur kimi ölkələrdən qat-qat çox olacağı gözlənilir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights