ELAZ.İNFO xəbər verir ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsi layihəsində sosialyönümlü xərclərin artırılması əsas prioritetlərdən biri kimi müəyyən edilib. İqtisadi ekspertlərin proqnozlarına görə, gələn ilin ilk rübündən etibarən minimum əmək haqqı və pensiyaların indeksləşdirilməsi gözlənilir. Bu dəyişikliklər inflyasiya təzyiqlərini azaltmaq və əhalinin sosial rifahını gücləndirmək məqsədi daşıyır. Artımların konkret məbləği yaxın aylarda Milli Məclisdə keçiriləcək müzakirələrdən sonra tam dəqiqləşəcək
Ruslan MƏMMƏDOV


