ELAZ.İNFO xəbər verir ki, kosmosda Aquila (Qartal) bürcündə əsl “pivə buludu” var.
Bu qaz buludunda o qədər spirt var ki, bu spirtdən 200 septilyon (200-dən sonra 24 sıfır) litr pivə istehsal etmək üçün kifayət edər. Müqayisə üçün deyək ki, bu qədər miqdarda pivəni içmək üçün gərək Yer kürəsindəki hər bir insan 1 milyard il ərzində hər gün 300 000 litr pivə içsin. Elm adamları burada digər kimyəvi elementləri də olduğunu aşkar etmişlər, lakin etanol (etil spirti) onlardan daha çoxdur. Etil spirti isə bildiyimiz kimi Yerdə müxtəlif növ alkoqollu içkilərdə istifadə olunur.
Qeyd edək ki, Aquila (Qartal) bürcü Yerdən təxminən 10 000 işıq ili uzaqlıqda yerləşir. Onun diametri bütün günəş sistemimizin diametrindən təxminən 1000 dəfə böyükdür. Buna görə də bu nəhəng buludda çoxlu miqdarda spirt olsa da, o bizdən çox uzaqdadır və onun “kosmik bar”ından istifadə etmək isə mümkün deyil.
Aydan