İrad: -Bakımız – doğma şəhərimiz gündən –günə gözəlləşir və bu da bizi sevindirir. Mən hər gün keçdiyim küçə və meydanların təmizliyini və gözəlliyini görəndə həqiqətən fərəh və qürur hissi duyuram. Lakin, hər dəfə metronun “20 Yanvar” stansiyasının üstündə yerləşən “20 Yanvar” meyanından keçərkən məşhur bir atalar sözü yadıma düşür:” bir yanı bəzək – bir yanı təzək”.
Doğrudan da, metrodan çıxarkən sol tərəf bəzək, sağ tərəf təzək təsiri bağışlayır. Sol tərəf səliqə-sahmanlı, sağ tərəf isə səliqəsiz və bərbaddır.
Təklif: -Şəhərsalma mədəniyyətinə zidd olan belə “abadlaşdırma” yolverilməzdir. Yaxşı olar ki, bu meydan, kompleks şəkildə – vahid layihə əsasında yenidən qurulsun və mövcud eybəcərlik aradan qaldırılsın. Axı, bura şəhərimizin Şimal giriş qapısıdır və əksər qonaqlarımız buradan şəhərimizə daxil olurlar. “20 Yanvar” meydanının kompleks şəkildə yenidən qurularaq abadlaşdırılması 20 Yanvar şəhidlərinə, özümüzə və şəhərimizin qonaqlarına hörmətimizin ifadəsi olar.
Ağasəf İMRAN
İqtisadçı alim