20 Təhsil İşçisi Diqqət Mərkəzində

Azərbaycan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Səbail Rayon Komitəsi tərəfindən yanvar ayında yubileylərini qeyd edən üzvlər üçün xüsusi görüş keçirilib. Görüşdə təhsil sahəsində uzun illər fəaliyyət göstərən müəllimlərə göstərilən diqqət və ehtiram ön plana çıxıb.

ELAZ.İNFO xəbər verir ki, keçirilən bu görüş təkcə təbrik deyil, həm də onların əməyinə verilən dəyərin bariz nümunəsi olub. 20 nəfər iştirak etdiyi görüşdə yaş qrupları üzrə bölgü belə olub: 50 yaş: 6 nəfər,55 yaş 3 nəfər, 60 yaş: 5 nəfər, 65 yaş: 5 nəfər, 70 yaş: 1 nəfər

Görüş zamanı hər bir müəlliməyə təşəkkür rəmzi olaraq qızıl güllərdən ibarət zərif kompozisiyalar və simvolik hədiyyələr təqdim edilib. Komitə rəsmiləri müəllimləri təbrik edərək, onlara gələcək pedaqoji fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıblar.

Tədbirdə çıxış edən müəllimlər bu cür təşəbbüslərin onlarda böyük ruh yüksəkliyi yaratdığını qeyd ediblər. Onlar Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ailəsinə, göstərilən davamlı diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights