Əczaçı Alvaro Fernandez sadə 20 saniyəlik testlə ağciyərlərin vəziyyətini yoxlaya biləcəyini deyib. Bu barədə o, Vanitsa jurnalına müsahibəsində söyləyib.
Həkim qeyd edib ki, “əvvəlcə dərindən nəfəs almalı, sonra nəfəsinizi 20 saniyə tutmalısınız. Əgər insan sinə içində heç bir narahatlıq hiss etmədən bunu edə bilirsə, deməli ağciyərləri yaxşı vəziyyətdədir. Üstəlik, orqan normal işləyirsə, nəfəs tutmaq hətta bir dəqiqəyə qədər davam edə bilər!.
Fernandez vurğulayıb ki, “bu test tibbi test deyil, ancaq nə vaxt həkimə müraciət edəcəyinizi söyləyə bilər”. O ağciyərlərin düzgün işləməsini təmin etmək üçün müntəzəm olaraq aerobik idmanla məşğul olmağı, pis vərdişlərdən, o cümlədən siqaretdən imtina etməyi və açıq havada çox vaxt keçirməyi tövsiyə edib.
Günel GÜNTAC