20 il etibar etdiyim dost məni pula satdı -Azərcell

ELAZ.İNFO xəbər verir ki, Azercell iyulun 1-dən etibarən yeni tarif sisteminə keçəcəyi ilə bağlı açıqlama verib. Yeni qaydalara əsasən, balans yükləməsinə görə nömrənin aktiv qalma müddəti:

1-1,99 manat – 1 gün;
2-2,99 manat – 2 gün;
3-4,99 manat – 3 gün;
5-9,99 manat – 5 gün;
10-24,99 manat – 10 gün;
25-49,99 manat – 25 gün;
50-99,99 manat – 50 gün;
100 + manat – 50 gün.

məbləğində müəyyən edilib.

Təbii ki, bu xalq arasında haqlı narazılığa səbəb olub. Xalqın daha çox öz etirazını bildirdiyi sosial şəbəkələrə göz gəzdirdik. Bəzi haqlı narazılığı sizinlə də bölüşürük:


VÜQAR DADAŞOV: -“Azərcellin bu qərarı ölkədəki sosial-iqtisadi vəziyyətə, əhalinin maddi gəlirlərinə uyğun deyildir. Bu açıq talançılıq, özbaşnalıq və ən nəhayət ki, Azərbaycan vətəndaşına qarşı böyük hörmətsizlik, saymamazlıqdır.

Əslində Azərcell abonentlərə qarşı faktiki “məcburetmə əməliyatı” keçirir. Sözsüz ki, Azərcellin qanunsuzluğu, ədalətsizliyi, özbaşnalığı cəzasızlığından və nəzarətin formallığından qaynaqlanır.

Azərcellin bu qərarına nəzarət edən dövlət orqanları və xüsusən də Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi reaksiya verməlidir.

Ancaq, indidən Azərcellin özbaşınalığına qarşı boykot kompaniyasına qoşuluram, onun xidmətindən imtina edirəm”.

ZAKİR NAĞIYEV: -“Azərcellin bu hərəkəti birtərəfli xarakter daşıyır və qanunvericiliyə ziddir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərini kobud surətdə pozan, qaydasız döyüşü xatırladan ərköyün durama gələn “Azərcell”öz həddini aşır.

– “Azərcell”in yarısı dövlətə məxsusdur, ona görə də özbaşnalığın qarşısı dövlət tərəfindən alınmalıdır. Vətəndaşların hüquqları dövlət tərəfindən qorunmalıdır”.

TƏRANƏ ƏZİZOVA: -“Balansdan pullarımız oğurlandı, bir az şikayətlənib susduq. Yəqin ki, bu xəbərə də bir neçə gün şikayətlənib susacağıq. Ardınca digər mobil operatorlar da eynisini edəcək və yenə də susacağıq.
Ən azından bu addımına görə Azercell baykot olunmalıdır. Bununçün Azercell nömrələrindən istifadəni tamamilə dayandırmaq bəlkə bir işə yarayar”.

MUSA MƏHƏMMƏD -“Bilirsiniz bütün bunlar cəzasızlıqdan irəli gəlir. vətəndaşın şikayətini dinləyəcəyi, ona dayaq duracağı bir qurum, idarə yoxdur. Az öncə işıq idarəsindən gəldim, 5 aya məndən 51 manat, limiti keçmək adıyla pul oğurlayıblar. Deyirəm göstər hansı ayda limiti keçmişəm? Ordan bir kağız, burdan bir çıxarış, sonunda hə, bu ayda limiti keçmisən 10 manat. Deyirəm 51 manat 10 manat deyil. Sonunda da məhkəməyə müraciət edin deyir. Bilirlər ki, xeyri yoxdur, heç kim vətəndaşın dərdin dinləməyəcək, arxayındırlar”.

Sərvaz ƏSGƏRLİ -“Bu qərar özbaşnalıq, harınlıq və talançılığın ifadəsidir”.

Sənan DAŞDƏMİRLİ:– “Tədbir görülməzsə digər şəbəkələrdə bu sistemə keçəcəklər”.

Şamil HÜSEYNOV: -“Bu Azərbaycan xalqına qarşı bir zərbədir. Azərcell xalqın içindən qidalanıb, indi də oturub xalqa qarşı gündə bu qərarı verir”.

Ruslan MƏMMƏDOV -“Təbii ki, Azərbaycanda digər firmalar kimi Azercell də müxtəlif həvəsləndirici kampaniyalarla hər birimizin evinə qədər gəlib çıxıb. Bu gün 20 il müddətində məni axtaracaq adamlar məni bu nömrədə axtaracaqdılarsa, bu gün bu operatorun sayəsində mən itmiş sayılacağam.
Deməli, 20 il müddətində bel bağlayıb, etibar etdiyim dost məni bir günün içində pula satdı. Hər şeyə rəğmən çətin olsa belə, arxamdan vuran dostuma susa bilmərəm”.

Dəyərləyib topladı: Ruslan MƏMMƏDOV

Bizimlə oxuyun
Verified by MonsterInsights