2 nəfər canına qıydı

ELAZ.İNFO xəbər verir ki, Zaqatalada bir gündə 2 nəfər canına qıydı

Hadisələrdən biri rayonun Muğanlı kəndində qeydə alınıb.

Kənd sakini, 30 yaşlı Mustafa Məmmədovun meyiti yaşadığı evin həyətindəki qazanxanada tapılıb.

Digər hadisə isə rayonun Əliabad kəndində qeydə alınıb.
Əliabad qəsəbə sakini, 1954-cü il təvəllüdlü İsmayıl Tanrı oğlu Məmmədovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki yardımçı tikilidə aşkar olunub.

Hər iki faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Lili Məmmədova Zaqatala

Bizimlə oxuyun
Verified by MonsterInsights