2 İyul – Polis Günüdür

Başda cənab nazir general-polkovnik Vilayət Eyvazov olmaqla, yarandığı gündən etibarən dövlətçiliyimizin, xalqımızın və əmin-amanlığımızın keşiyində şərəflə dayanan Azərbaycan polisinin bütün şəxsi heyətini, bu şərəfli peşəni layiqincə daşıyan veteranları, torpaqlarımızın müdafiəsi uğrunda canını fəda edərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın ruhlarını ehtiramla anır, onların ailə üzvlərini və yaxınlarını 2 İyul – Polis Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm!

Bu əlamətdar gün münasibətilə Sizə möhkəm can sağlığı, ailə səadəti, xidmətinizdə yüksək əzm və vətənpərvərliklə yeni-yeni uğurlar arzulayıram. Qoy Tanrı daim sizi qorusun, haqq və ədalət yolundakı şərəfli missiyanızda daim qələbələr sizinlə olsun!

Polis olmaq – yalnız bir peşə deyil, bu, Vətənə, xalqa və qanunlara sadiqliyin, fədakarlığın və qorxmazlığın rəmzidir. Bu müqəddəs yolda əzmlə xidmət göstərən hər bir əməkdaşa təşəkkür edir, dövlətimizin təhlükəsizliyinin və sabitliyinin təmin olunmasında göstərdikləri misilsiz xidmətləri yüksək qiymətləndirirəm.

Bayramınız mübarək olsun!

Hörmət və ehtiramla,

Əli İbrahimov

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights