Bu gün dünya təhsil sistemi, universitetlər innovasiyalar əsasında inkişaf edir. Qlobal təhsil sistemi süni intellekt əsasında rəqəmsal transformasiya edir.
Bütün bu proseslər təbii ki, innovasiyalar hesabına reallaşır. İnnovasiylar isə xüsusi layihələr nəticəsində, qrant və digər mənbələr hesabına maliyyələşərək yaradılır.
Ölkə prezidentinin süni intellektin inkişafı və tətbiqi zərurəti haqda fikirlərini ETN hansı təhsil “strategiyası” ilə, necə reallaşdıracaq?
ETN son 5 ildə yüzdən çox qrant paylayıb. Bu qrantlar nəticəsində neçə “təhsil innovasiyası” yaradılıb?
Bu “innovasiya”lar təhsilə real nə verib?
Nəticəyönlü maliyyələşmədən, rasionallaşmadan, təhsildə güzəştin vətənə xəyanət olmasından danışan təhsil menecerləri niyə qrant paylama əməliyyatları zamanı öz dediklərinə əməl etmir, dostların səviyyəsiz layihələrinə güzəştlə iri maliyyələr ayırırlar?
Nə vaxta qədər söz və əməl ziddiyyət yaradacaq?
Belə ziddiyyətli bəyanat və əməllərlə elm-təhsil sistemini necə idarə və inkişaf etdirmək olar?
ETN-nin dövlət büdcəsi hesabına qrant paylama aksiyası nə vaxta qədər təhsilin inkişafına deyil, “dostlara və şübhəli QHT-lərə ünvanlı sosial yardım” kompaniyası olacaqdır?
Təhsilin yüzlərlə problemini kimlər, nə vaxt, hansı maliyyə hesabına həll edəcəkdir?
Bu ərəfədə yeni qrant paylama əməliyyatı gözlənilir. Bu qranrlar təhsilimizin yığılan problemlərini yəqin ki, “həll edər”.
“Təhsilin İnkişaf Fondu”nun (TİF Fondu) uğursuzluyğuna görə, bu fondun ölkə təhsilinə real heç nə vermədiyinə görə, israfçılıq etdiyinə görə ETN heç məsuliyyət daşıyırmi?
İlham ƏHMƏDOV