ELAZ.İNFO, BAKI, 15.05.2025.
ELAZ.İNFO xəbər verir ki, 1992-ci ilin 15 mayında Azərbaycanın paytaxtı Bakı şəhərində baş verən təlatümlü hadisələrdən düz 33 il keçir.
Xatırladaq ki, 1992-ci ilin mart ayında o zamankı Azərbaycan prezidenti Ayaz Mütəllibov Xocalı soyqırımı ilə əlaqədar davamlı istefa tələbləri qarşısında hakimiyyətdən gedib.
Ölkədə prezident seçkisi elan olunub.
May ayının 14-də isə A.Mütəllibov parlamentin qərarı ilə yenidən prezident elan olunub.
Mayın 15-də Azərbaycan Xalq Cəbhəsinin təşkil etdiyi qüvvələrin parlamenti mühasirəyə alması və ələ keçirilməsindən sonra A.Mütəllibov Moskvaya qaçıb.
O dövrdən indiyədək 15 may hadisələrinə münasibət birmənalı olmayıb. Məlum hadisələr ya xalq inqilabı, ya konstitusiyanın müdafiəsi hərəkatı, ya da dövlət çevrilişi kimi qiymətləndirilib.
Əli İBRAHİMOV