ELAZ.İNFO xəbər verir ki, Elşən Qafarov özünün sosial şəbəkə hesabındakı paylaşımında ETN-də olan korrupsiya hallarından danışmışdır.
Elşən Qafarov qeyd edir:“Son 5 ildə Elm və Təhsil Nazirliyinin fəaliyyəti əsasən mənasız layihələr, mənasız təlimlərdən ibarətdir. Hansı ki, bu layihə və təlimlərin qiymətləndirilməsi də aparılmır. Burada yüz milyonlarla vəsaitdən söhbət gedir. Elm və təhsil naziri də ancaq imtahanlar keçirməklə məşğuldur. Təsəvvür edin, MİQ və ya sertifikasiyada iştirakı üçün bir müəllimə 120 manatdan çox pul xərclənir. Halbuki bu çox absurd bir rəqəmdir.
Sözardı:Yəqin ki,yenicə başlanan audit yoxlamaları çox mətləbdən xəbər verəcək.
N.B