1903-cü il, Avropanın “Mədəniyyət” paytaxtı – Paris

ELAZ.İNFO, BAKI, 15.05.2025.

Fransızlar Afrikanı işğal etdikcə, oradan uşaqları gətirib, şəhərdə “İnsan zooparkı” yaradıb, hər kəsi onlara baxmağa təşviq edirdilər. Bəzilərini qəfəsdə, bəzilərini hovuzda, bəzilərini isə əl qollarını bağlayıb,açıq havada saxlayırdılar.

Fransız xalqı bu zooparkları o qədər sevirdi ki, milyondan çox insan 1907-ci ilə qədər bura gəlib.

Afrikalılar, hindular, aborigenlər kimi topluluqlardan həbs edilən insanlar qollarından tutulub Avropaya və Amerikaya gətiirilr və qəfəs içində  həbs edilərək  sərgilənirdi. Ən çox diqqəti afrikalılar çəkirdi. Buna görə də Fransa hökuməti bacardıqca afrikalı uşaqları gətirib sərgiləməyə üstünlük verirdi və yerli əhali uşaqlara çörək atıb onların bir birilə dava etməsinə baxıb zövq alırdılar.

Bu gün,bu vəhşi və barbar Avropalı və Amerikalı siyasətçilər bizə insan haqları barədə ittihamlar irəli sürürlər ki, guya biz Qarabağda ermənilərin  köçməsini beynəlxalq hüquq prinsiplərini pozaraq “zorla” etmişik. Azərbaycan tarixinə nəzər salanda bizim xalqın digər ölkələrin  insanlara münasibətində ən yüksək səviyyədə mədəniyyət  nümayiş etdirməsini  təsdiq edə bilərik. Bu bizim inancımızdır. Dindən daha çox mental dəyərlərə olan inancımız, insanlara sevgi inancımızdan irəli gəlib.

Bəs Fransa, bu körpə balaları zorla ailələrindən alıb, heyvan kimi zooparkda saxlamağa görən səni inandığın inanc bağışlayacaqmı?

Dr.Zaur ƏLİYEV

Bizimlə oxuyun
Verified by MonsterInsights