ELAZ.İNFO xəbər verir ki,Abşeron rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“KamAZ” markalı yük maşını yolu keçən 19 yaşlı qızı vurub.
Şahidlərin bildirdiyinə görə ağır bədən xəsarətlər alan piyada hadisə yerində dünyasını dəyişib.
Bundan sonra bir qrup sakin yolu bağlayıblar. Sakinlər bildirib ki, hadisə baş verən ərazidə son bir ayda piyada ölümü ilə nəticələnən üçüncü qəzadır baş verir.
Aysun NƏCƏFOVA