Boksçular arasında ilk dünya çempionatı başlayır

ELAZ.İNFO xəbər verir ki, sentyabrın 4-də “World Boxing”in təşkilatçılığı ilə qadın və kişi boksçular arasında ilk dünya çempionatı start götürəcək.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, İngiltərənin Liverpul şəhərində 11 gün davam edəcək yarışda Azərbaycan millisi də qüvvəsini sınayacaq.

Bu gün Liverpula yollanan Azərbaycan millisi sentyabrın 15-də Bakıya qayıdacaq.

Qeyd edək ki, dünya çempionatının püşkü sentyabrın 3-də atılacaq. Yarışda 60-dan çox ölkənin 500-dək boksçusunun iştirakı gözlənilir.

İslam MAHMUDOV

Bizimlə oxuyun
Verified by MonsterInsights