Britaniyanın BBC telekanalının məlumatına görə, Nepal turizmi inkişaf etdirmək üçün növbəti iki il ərzində 97 Himalay zirvəsini pulsuz dırmaşmaq üçün açacaq.
ELAZ.İNFO xəbər verir ki, Dünyanın ən hündür dağı olan Everest zirvəsinə qalxmaq üçün ödənişlər sentyabr ayından başlayaraq demək olar ki, on ildən sonra ilk dəfə artırılır. Pik mövsümdə ödənişlərin 15 000 dollara qədər artacağı açıqlanıb.
Nepal Turizm Departamenti ölkənin “istifadə edilməmiş turizm potensialını və istiqamətlərini” vurğulamağı hədəflədiklərini söyləyib.
Dünyanın ən hündür on dağından səkkizinə ev sahibliyi edən Nepal üçün alpinizm əhəmiyyətli gəlir mənbəyidir. Keçən il dırmaşma icazələri 5,9 milyon dollar qazanıb ki, bunun da dörddə üçündən çoxu Everestdən gəlib.
Pulsuz zirvələr Nepalın Karnali və Sudurpaşim əyalətlərində yerləşir. Hündürlüyü 5970 metrdən 7132 metrə qədər dəyişən bu dağlar ölkənin ən yoxsul və ən az inkişaf etmiş bölgələrindən birində yerləşir.
SON İKİ İLƏ 421 EVEREST DIRMAŞINA İCAZƏ VERİLİB
Son iki ildə bu 97 zirvəyə cəmi 68 alpinist qalxdığı halda, 2024-cü ildə Everest üçün 421 dırmanma icazəsi verilib. 8.849 metr hündürlükdə olan Everest zirvəsi son illərdə həddindən artıq sıxlıq, ekoloji problemlər və ölüm halları səbəbindən xəbərlərdə yer alıb.
2024-cü ilin aprelində Nepal Ali Məhkəməsi hökumətə Everest və bəzi digər zirvələrə qalxmaq üçün verilən icazələri məhdudlaşdırmağı əmr etdi.
Nepal parlamentində müzakirə edilən yeni qanun layihəsi Everesti dırmaşmaq istəyənlərin ilk olaraq ölkədə 7000 metrdən çox olan dağa çıxmasını tələb edəcək. Bu, Karnali və Sudurpachimin pulsuz zirvələrini “ideal məşq meydançalarına” çevirəcək.
İlahə BAYINDIR