14 yaşlı qızın müəmmalı ölümü

ElAZ.İNFO Ukrayna mediasına istinadən xəbər verir ki, Dnepr şəhərində 14 yaşlı Anastasiya Sıtnikovanın ölümü ilə bağlı açılan cinayət işi qorxunc detallarla gündəmə gəlib. Yeniyetmənin meyitinin tapıldığı tərk edilmiş binada qəfil yanğının baş verməsi şübhələri daha da artırıb.

Fevralın 17-də itkin düşən və bir neçə gün sonra park yaxınlığındakı tərk edilmiş “Nautilus” (“Mayak”) kafesində meyiti tapılan Anastasiyanın ölümü hələ də sirr olaraq qalır. Hadisədən iki həftə sonra, martın 4-də həmin binada güclü yanğın baş verib. Yerli medianın və şahidlərin qənaətinə görə, bu, təsadüfi bədbəxt hadisə deyil, cinayət izlərini itirmək üçün qəsdən törədilmiş yanğın ola bilər.

Hadisə ilə bağlı bir çox müəmmalı məqam var: Anastasiyanın meyiti tapılarkən yanında nə mobil telefonu, nə də digər şəxsi əşyaları olub. Ailəsinə yaxın şəxslərin iddiasına görə, valideynlərə iki həftə ərzində qızın nəşini görməyə icazə verilməyib. Rəsmi qurumlar hələ də ölümün dəqiq səbəbini açıqlamayıb və istintaqda ciddi irəliləyiş hiss olunmur.

Hadisəni daha da sarsıdıcı edən fakt Dnepr Daxili İşlər Universitetinin kursantı ilə bağlıdır. Belə ki, həmin kursant meyitin tapıldığı yerdə yeniyetmənin nəşi qarşısında istehzalı şəkil çəkdirib. Universitet rəhbərliyi və polis faktı təsdiqləyərək xidməti araşdırmalara başlayıb. Bu davranış cəmiyyətdə böyük hiddət doğurub.

Anastasiya Sıtnikova sonuncu dəfə fevralın 17-də saat 21:06-da onlayn olub. Hazırda hüquq-mühafizə orqanları yanğının səbəblərini və ölüm hadisəsinin detallarını gizli saxlayır.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights