14 yaş, 14 il və 14 el

Doğum günün mübarək Qurban olduğum, sadağa olduğum, Pirim, Mürşüdüm.

“Namərdin mərddən ayırd edilməsi və müəyyənləşdirilməsi üçün qılınc sıyırmaq lazımdır” deyən Şah Babama Osmanlı tarixçiləri və məhzəbçi “Ərəb Azərilər” heç bir ciddi qaynaq və əlyazma oxumadan onu ittiham edirlər. Guya Şah Babamız və oğlu islam dinin “parçalayıb”.

Bu gözü, qulağı, vicdanı, dili, şəxsiyyəti kor insanlar Şah Babamızın və onun oğlu Şah Təhmasibin Mərdliklərini görsünlər, bilsinlər !!!

Şah İsmayıl təkcə hökmran deyildi, həm də şəxsiyyətli və ədalətli insan idi. Düşmən də olsa Osmanlıları avropalıların əlinə belə vermək istəmirdi. Hətta Alman və Macarıstan elçiləri onun yanına gəlib Osmanlılara hücum etmək planları barədə danışanda “siz öz aranızda söz ola bilmirsiz, o boyda Osmanlılara nə edə bilərsiz” cavabını vermişdir..

Çaldıran döyüşündən sonra Şah İsmayıl deyir:

‘’Mən Teymur olmağı istəmədim. Səlim kimi davranmağı istəmədim. Adı Səfəvi də olsa, Osmanlı da olsa nə? Türkü türkə qırdırmağı mən  istəmədim”

Azərbaycana bir neçə dəfə hücum edən Osmanlı Sultanı Süleymanın Avropaya yürüşü zamanı, tərəfdarları Şah Təhmasib Səfəviyə deyirlər ki, gəl fürsətdən istifadə edək. Bizə dəfələrlə hücum etmiş Süleymandan qisas alaq. Şah Təhmasib Səfəvinin cavabı, gecə ikən Sultan Səlimə hücum etməkdən imtina edən atası Şah İsmayıl Səfəvinin tərzində olur.

Şah Təhmasib belə deyir: “Həzrət Xandigarın  adamları Firəng  tərəfə din uğrunda döyüşə getmişdir. Biz onun ölkəsinə getsək, işimiz irəli getməyəcəkdir. Əgər o mənim qardaşımı və uşağımı öldürsə belə, kafirlərlə din uğrunda döyüşə getdiyi üçün onun ölkəsinə getmərəm. Dinimi dünyaya satmaram”

Şah İsmayıl Xətai Azərbaycan tarixində ilk dəfə olaraq azərbaycanlıların bütün səviyyələrdə (Azərbaycan dilinin dövlət müəssisələri və hərbi işdə tətbiqi də daxil olmaqla) üstün yer tutduğunu təsdiq edən dövlət yaratmışdı!!

Çox heyf, Tanrı onu gənc yaşında Azərbaycan xalqının əlindən aldı. Aşıq Qurbani yazır:

Axşam olcağın məşriqdə batdı şəms, doğdu qəmər,

Yer üzünə qülqülə düşdü ki, ta oldu səhər.

Ağlım itirdim, əlim titrər, göz ağlar, sər əsər,

Pirim girib ol nigabə, getməyəydi cavan gərək.

Prof.Dr. Zaur Aliyev

Bizimlə oxuyun
Verified by MonsterInsights