Bu gün xalq artisti Flora xanımın ad günü imiş. Çox sevirəm bu xanımın mahnılarını. Hətta yol yoldaşı olmuşuq. Allah rəhmət etəsin şəhid qəhrəmanımız Raquf Orucovun xidmət etdiyi hissədə Zaur Qəriboğlu -nun təşkilatçı olduğu konsert tədbirində iştirak üçün birlikdə səfər etmişik. Sonra redaksiyada qonağımız olub və birgə fotomuz da var.
Flora xanımla bağlı maraqlı bir xatirəm var. Mən magistr və aspirantura illərində jurnalist işləyirdim və o dövrün vəsiqələri qırmızı qalın üzlü olurdu. Eyni vəsiqə forması güc strukturlarında da eyni idi.
Mərhum Elçibəy Bakıya qayıdan zaman Səməd Vurğun bağı- ( 28 may ) da etiraz aksiyaları keçirildi. Mən də orda jurnalist kimi iştirak edirdim.
Birdə gördüm Flora xanım bir dəstə ilə aksiyaya qoşuldu. Polislərdən biri dəyənəklə onu vurmaq istəyirdi, özümü atdım polisin qarşısına və ” Flora xanıma dəyməyin” deyib kürəyimi verdim qabağa. Birdə gördüm kürəyimin ortasından ağır zərbə dəydi, yıxıldım yerə və jurnalist vəsiqəm düşdü yerə. Flora xanım mənə yaxınlaşdı. Vəsiqənin qırmızı olduğunu görüb, mənə tüpürüb qarnıma təpiklə vurdu və dedi “sənə bu da azdır kqb agenti”. Və getdi.
Mən isə yerdə “Ay Flora xanım, sən nə etdin” deyə ağrıdan qıvrılıb qalmışdım.
Flora xanım sizin mahnıları çox sevirəm. Ad gününüz mübarək!
Dr Zaur Əliyev
