ELAZ.İNFO xəbər verir ki, BBC-nin məlumatına görə ötən gün güclü külək Qərbi Avstraliya sahillərində tətildə olan bir ailəni sahildən kilometrlərlə uzağa aparıb.
Sahildən uzaqda ana və 3 uşaq köməksiz qalıblar. Kanolarına (kiçik qayıq) su dolan ailə batmamaq üçün kiçik rezin sörfinq taxtasından tutaraq suyun üzündə qala bilib.
13 yaşlı uşaq kömək çağırmaq üçün sahilə doğru üzməyə qərar verib. Uşaq dalğalı dənizdə 2 saat üzdükdən sonra ona mane olan təhlükəsizlik jiletini çıxarıb. Bundan sonra o, 2 saat da üzərək ümumilikdə 4 km məsafə qət edib və nəhayət sahilə çatıb. Sahilə çıxdıqdan sonra o, xilasedicilərə xəbər verib.
Ailə sahildən 14 km uzaqda tapılıb və xilas edilib. 13 yaşlı uşaq bu “insanüstü” mübarizəsi ilə 47 yaşlı anasının, 12 yaşlı qardaşının və 8 yaşlı bacısının həyatını xilas edib.
Ceyhun QURBANOV