ELAZ.İNFO xəbər verir ki, Azərbaycanlı iş adamı, Rusiya vətəndaşı Fərhad Əhmədova qarşı dələduzluqda ittiham olunan Fransa vətəndaşı, “Saur” şirkətinin vitse-prezidenti Anass Derraza Bakıda 12 il həbs cəzası verilib.
Daha bir Fransa vətəndaşı Fransa prezidentinin Mühafizə Xidmətinin sabiq rəhbəri Aleksandr Benalla isə beynəlxalq axtarışa verilib.
Qeyd edək ki, adları çəkilən şəxslər Fərhad Əhmədovdan keşmiş həyat yoldaşı ilə məhkəmə çəkişməsinə görə üzərinə həbs qoyulmuş və Dubayda saxlanılan “Luna” adlı yaxtasını sanksiyadan xilas etmək adı ilə 600 min dollar rüşvət almaq da günahlandırılırlar. Bununla bağlı məhkəmədə iştirak edən Fərhad Əhmədov deyib:
-Məhkəmə keçmiş həyat yoldaşımın əsassız iddiası ilə dəyəri 300-400 milyon olan yaxtanın üzərinə həbs qoyulması barədə qərar çıxardı. Bu barədə digər ölkələrə, Birləşmiş Ərəb Əmirliklərinə də məlumat verildi. Orada yaxta saxlanıldı. Yaxtanın üzərindən həbsin götürülməsi üçün hüquqi imkanlardan istifadə etmək istəyirdik. Oğlum Dubayda yaşayırdı. Bu işdə kömək edə biləcək adamlar axtarırdıq. Bunlarla tanış olduq. Şəxsi hesabımdan 400 min dollar Benallanın, 200 min dollar isə Derrazın hesabına köçürdüm. Yaxtanın üzərindən həbs götürüləndən sonra 15 gün ərzində 5 milyon 540 min də verəcəkdim. Amma bunlar nə iş gördülər, nə də pulumu qaytardılar. Deyirdim ki, Göyçayda nar plantasiyalarım var. Orada adamlar 6-7 saat işləyib 20 manat pul alırlar. Siz isə 600 min dollar almısınız, heç bir iş də görməmisiniz. Pulu niyə qaytarmırsınız?
Aydan
