Xalq öz tarixini unutmur!

ELAZ.İNFO, BAKI, 27.05.2025.

ELAZ.İNFO xəbər verir ki, ötən əsrdə Azərbaycanımızda işğalçılara qarşı qaldırılan və ən çox itkilərlə nəticələnən Gəncə üsyanının başlanılmasından 105 il keçir.

26-31 may 1920-ci ildə əsas qüvvələri Azərbaycan Xalq Cümhuriyyətinin zabit və əsgərlərindən olan, eləcə də ətraf bölgələrdən qaçaq hərəkatı dəstələrinin iştirakı ilə başlanan üsyan zamanı bir gün ərzində bolşeviklərə məxsus hərbi və idarəetmə obyektləri ələ keçirilmişdir. 28.05.1920-ci ildə cümhuriyyətin ikinci ildönümü qeyd edilmişdir.

31 may tarixinədək bolşeviklərin və erməni daşnakların hərbi hücumlarının iki dəfə qarşısı alınmışdır. Lakin, sonuncu hücum zamanı Onbirinci Ordunun böyük qüvvələri qarşısında üsyan yatırılmıştır.
Üsyan yatırıldıqdan sonra başda general mayor Məhəmməd Mirzə Qacar olmaqla İsmayıl xan Ziyadxanov, Firudin bəy Köçərli, Abuzər bəy Rzayev, eləcə də Azərbaycan ordusunun 12 generalı, 27 polkovniki, 200ə yaxın zabit və 267 digər hərbi qulluqçu həbs edilərək güllələnmişlər.
Ümumiyyətlə, üsyan zamanı 10000 dən çox vətəndaşımız öldürülmüşdür. Xalqımız bu və bu kimi digər şanlı tarixini unutmur!


Natəvan BƏYDİLİ

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights