Azərbaycan elmində savadlı insanlar var, onlar bütün çətinliklərə baxmayaraq bu müqəddəs işdən çəkinmirlər. Əziz dostum,qohumum Ramin Alizade Azərbaycanda yeganə Urartuşünas alimdir. Onun tədqiqatlarının istiqamətləri çox profillidir. Səhifəsinə daxil olub şahid ola bilərsiz. Ramin eyni zamanda qədim dilləri öyrənir, öz gücünə, Türkiyədə əlaqələr qurub Azərbaycan tarixinin ən qədim sirlərini aşkara çıxaracaq daş yazıları və əlyazmaları bir bir üzə çıxardır. Türkiyədə olan qədim dillərlə məşğul olan təhsil və elm ocağı Raminin bu əziyyətini görüb onu qədim dilləri, xüsusilə də Mixi dilini öyrənməyə dəvət edib. Bilirsiz bu sizə qıraqdan asan gələ bilər, lakin elm adamları bilirlər ki, xarici ölkənin nüfuzlu alimləri çox nadir hallarda kimisə öyrətməyə dəvət edirlər. Çünki alimlər içərisində də az çox eqo var. Lakin Raminin səyi, öyrənmək istəyi o qədər güclüdür ki, Türkiyəli alimlər rəsmən onu dəvət ediblər. Ramin hazırda mixi yazılarını oxuyur, yazır, tədqiq edir. Lakin bunu təkmilləşdirmək çox vacibdir. Təkcə Mixi yox, akkad, şumer, urartu, aramey və digər qədim dillərə də çıxış yaranır bir dili öyrəndikcə. Bizim elm üçün isə bu çox vacibdir, hava su qədər vacibdir. İşğaldan azad edilən torpaqlarda olan abidələri öyrənmək gələcək dövlət üçün çox önəmlidir. Çünki qarşı tərəf illər keçəcək və yenə saxta iddialar irəli sürəcək, onun qarşısını isə savadlı alimlər ala bilər ancaq.
Ramin böyük bir qələbə əldə edib, türk alimlərinin dəvətini və sevgisini qazanıb. Amma amma amma
Yenə də xarici ölkədə yaşamaq xərc tələb edir. Ramin isə sadəcə alimdir. Onun imkanları elm adamının imkanlarından kənara çıxmır. Ona görə dövlət mütləq dəstək olmalıdır ki, Ramin öyrənsin və gəlsin ölkəmizdə öyrətsin yeni nəslə.
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Fondunun buna gücü çatar. Raminin orda aylıq yaşam və təhsil xərclərini qarşılaya bilər. Özəl şirkətlər, dövlət şirkətləri də bunu edə bilər. Lakin…lakin lakin..
Bir müğənninin aylıq xərci Raminin Türkiyədə bir illik təhsil və qalmaq xərcindən çoxdur . Amma bu barədə artıq imkanlı adamlar, dövlət qurumları düşünməlidirlər artıq

Dr Zaur Əliyev

Bizimlə oxuyun
Verified by MonsterInsights