Zəngəzur dəhlizi bu gün sadəcə bir yol layihəsi deyil, Azərbaycanın 1920-ci illərdə yarımçıq qalmış suverenlik zəncirinin son həlqəsidir. Bu yazıda biz 1920-1924-cü illərin arxiv xəritələri ilə 2020-ci ilin 10 noyabr bəyanatı arasındakı qırılmaz bağı göstərməyə çalışacağıq.
ELAZ.İNFO xəbər verir ki, 1920-ci ilin noyabrında Zəngəzurun Ermənistana verilməsi qərarı sadəcə bir inzibati bölgü deyildi. 1920-ci illərin əvvəllərində tərtib olunmuş xəritələrdə (məsələn, SSRİ Baş Qərargahının xəritələri) Zəngəzurun strateji əhəmiyyəti açıq görünür. Bu ərazinin Azərbaycanın əlindən alınması ilə Türkiyə və bütün Türk dünyası ilə birbaşa quru əlaqəsi kəsildi.Moskvanın məqsədi Azərbaycanı Naxçıvandan və Türkiyədən təcrid etmək, “bufer zona” yaratmaq idi.
1924-cü ildə Naxçıvanın MSSR statusu alması isə bu təcridin hüquqi sənədləşdirilməsi idi.Zəngəzur dəhlizi bərpa olunduğu təqdirdə dünya ticarət dövriyyəsində hansı rəqəmlər dəyişəcək?Bu dəhliz Pekindən Londona uzanan “Orta Dəhliz”in ən qısa və təhlükəsiz hissəsi olacaq. Şimal dəhlizi (Rusiya üzərindən) və Cənub dəhlizi (Süveyş kanalı) ilə müqayisədə yükdaşıma müddəti 15-20 gün azalacaq.İlkin proqnozlara görə, Zəngəzur dəhlizi vasitəsilə ildə 5-10 milyon ton yükün daşınması nəzərdə tutulur. Bu, Azərbaycanın tranzit gəlirlərini illik milyardlarla dollara çatdıra bilər.2020-ci il 10 noyabr bəyanatının 9-cu bəndi əslində 100 il əvvəl pozulmuş logistik hüquqlarımızın bərpasıdır.Sənəddə “maneəsiz hərəkətin təşkili” ifadəsi beynəlxalq hüquqda xüsusi çəkiyə malikdir. Bu, sadəcə bir yol deyil, həm də elektrik xətlərinin, fiber-optik kabellərin və potensial olaraq qaz kəmərlərinin keçəcəyi strateji bir dəhlizdir.
Ruslan MƏMMƏDOV


