10 il sonra Ukrayna xalqını Rusiyanı zəiflətmək üçün bilərəkdən qırğına verdiklərini də etiraf edəcəklər

ELAZ.İNFO xəbər verir ki, ABŞ-da USAID-in xərclərinin araşdırılması davam edir.

Xanım Qrin: -2014-cü ildə USAİD Yanukoviç hökumətini tənqid etmək üçün milyardlarla dollar xərcləyib, əhalini Qərbə meyilləndirmək üçün Ukraynada QHT və KİV-lərə sponsorluq edib. Onu da bilirik ki, USAID Ukraynada hər 10 media orqanından 9-na nəzarət edirdi. Cənab Roman, Amerika vergi ödəyiciləri təbliğatı maliyyələşdirməlidirmi?

Cavab Roman: -Əgər amerikapərəst təbliğatdırsa – bəli!

Araşdırılan hadisənin üstündən 10 ildən çox vaxt keçib, artıq bu hadisələr nəticəsində ölən və şikəst olan yüz minlərlə insanı diriltmək və ya sağaltmaq mümkün deyil… və ABŞ “demokratiyası” əsl həqiqətləri guya aşkar edir.

Yəqin ki, daha 10 il sonra Ukrayna xalqını Rusiyanı zəiflətmək üçün bilərəkdən qırğına verdiklərini də etiraf edəcəklər.

Asif ŞƏFƏQQƏTOV

Verified by MonsterInsights