1 șirkət 7 milyon dirək basdırıb

Dəmir dirəklər ölkəsi!

Basdırılan internet dirəklərinin sayına görə Ginnesin Rekordlar kitabına düșəcəyik!

Dünyanın heç bir yerində, hətta Afrikada belə bu biabırçılığı görə bilmərik. Demək bir neçə internet provayderi Azərbaycanı qarıș-qarıș dəmir dirəklərlə zəlil ediblər. Șəhər və qəsəbələrin estetikasını məhv ediblər. Aldığım dəqiq məlumata görə yalnız 1 șirkət 7 milyon dirək basdırıb və biri 130 manatdan rəsmiləșdirilir. Hədəf dövlətin pulunu, xalqın vəsaitlərini çapıb talamaqdır.

Buna nəzarət edən yoxdumu?

Bu qədər də xalqa qarșı saymazlıq olar?

Heç olmasa öz aralarında razılığa gəlib eyni dirəklərdən də istifadə etmirlər. Küçələrdə yer də qalmayıb dirək basdırmağa.

Dünya kosmosdan, sputnikdən, təmassız elektron sistemlərə keçib, bizimkilər hələ indi dirək basdırır, șnur, kabel çəkirlər!

İlqar HÜSEYNLİ

Sosial Strateji Tədqiqatlar və Analitik Arașdırmalar İctimai Birliyinin prezidenti

ELAZ.İNFO

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights