Əlbəttə, hər bir valideyn yay tətilində həm özünün, həm də uşaqlarının istirahətinə üstünlük verir. Bu isə tətildən sonra uşaqların tədrisinə adaptasiya olmağını əngəlləyir.
Əslində çətin olsa da, araşdırmalar göstərir ki, uşaq inkişaf dövründə çalışmalıdır.
Bunun üçün nə etməli?
Şərti olaraq, bir uşağın yay tətili üçün nümunəvi cədvəlini sizə təqdim edirik:
Yay Tətili Cədvəli Nümunəsi
Səhər (09:00-12:00): Tədris və inkişaf. Bu müddətdə kitab oxumaq, məntiq oyunları oynamaq, yeni dillər öyrənmək və ya riyaziyyat kimi fənləri təkrarlamaq olar.
Günorta (12:00-14:00): Hobbi və yaradıcılıq. Rəsm çəkmək, musiqi alətində ifa etmək, əl işləri ilə məşğul olmaq və ya proqramlaşdırma kimi bacarıqları öyrənmək məsləhətdir.
(14:00-18:00): Açıq havada fəaliyyətlər. Velosiped sürmək, üzgüçülük, futbol oynamaq, parkda gəzmək və ya düşərgəyə getmək olar.
Axşam (18:00-21:00): Ailə vaxtı və istirahət. Ailə ilə birlikdə şam yeməyi, stolüstü oyunlar oynamaq, film izləmək və ya sadəcə söhbət etmək faydalıdır.
Bu cədvəl uşağın maraq və ehtiyaclarına uyğunlaşdırıla bilər. Əsas odur ki, uşaq həm aktiv olsun, həm də istirahət etsin.
Ruslan MƏMMƏDOV