Azərbaycan və Səudiyyə Ərəbistanının Baş Qərargah rəisləri görüşüb

ELAZ.İNFO xəbər verir ki, Səudiyyə Ərəbistanının Baş Qərargah rəisi general-leytenant Fəyyad Əl-Ruvayli Azərbaycan Ordusunun Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini general-polkovnik Kərim Vəliyevi qəbul edib.

Qəbul zamanı ikitərəfli əlaqələrə nəzər salınıb, müdafiə və hərbi sahələrdə birgə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib, həmçinin ümumi maraq doğuran bir sıra mövzular müzakirə edilib.

Bu barədə Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyindən məlumat verilib.

Aydan ŞƏRBƏTOVA

Bizimlə oxuyun
Verified by MonsterInsights