Макрон: -“Nə etdiyinizi başa düşmürəm”

Tramp Fransa prezidenti Emmanuel Makrondan aldığı mesajın ekran görüntüsünü Truth sosial media platformasında paylaşıb.

ELAZ.İNFO xəbər verir ki, mesajda Makronun Trampa “Suriya ilə bağlı tamamilə razıyıq. İranla bağlı əla işlər görə bilərik. Amma Qrenlandiya ilə bağlı nə etdiyinizi başa düşmürəm” yazdığı görünür.

Məlumat üçün bildirək ki, Makron ABŞ prezidentinə Davos Zirvəsindən sonra G7 görüşünün keçirilməsini təklif edib və əlavə edib ki, Ukrayna, Danimarka, Suriya və Rusiyanı da dəvət edə bilər. Fransa prezidenti həmçinin Trampa ABŞ-a qayıtmazdan əvvəl şam yeməyi təklif edib.

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights